İsdedadlı insanlar uşaq yaşından fərqlənir. Kimisi
ilahi vergini inkişaf etdirər, kimisi də zamanın öhdəsinə buraxaraq isdedadını
şairlərin dili ilə sandıqda gizlədər. Əgər istedadlısansa və bunu anladınsa
yolunu o andan etibarən təcrübəli insanlar tərəfdən sal. Nicat da öz
istedadını, təcrübələrini bizə belə danışdı.
Nicat körpəlikdə aktiv, ağıllı, sual verməyi sevən
bir uşaq idi. Şəkilli kitablar oxumağı, uşaqlar üçün olan intellektual cizgi
filmlərə baxmağı sevirdi, basketbola həvəsi var idi. O, məktəbə getməzdən əvvəl
yazıb-oxumağı dayısının sayəsində öyrənmişdi.
Abasov Nicat Murad oğlu 21 mart 2002-ci ildə
Abşeron rayonu Saray qəsəbəsində dünyaya göz açıb. İlk övlad olduğu üçün
dünyaya gəlişi çox sevindirici olub.
Nicat: İlk təhsilimi İdrak liseyində almışam. Sonra
isə Saray qəsəbə Mikayıl Ələkbərov adına 1 saylı məktəbində davam etdim. Həyatımda
ən uğurlu günüm yüksək balla Nizami Gəncəvi adına Texniki Təbiət Elimlər
liseyinə qəbul olduğum gündür.
Hazırda liseydə təhsil alıram. Dərslərimi əla qiymətlərlə
oxuyuram. Ən çox sevdiyim ingilis dili fənnidir. Şəhər tədbirlərində fəal
iştirak etmişəm. Həmçinin də esse müsabiqəsinin qalibi olumuşam. İngilis dilində
“Halloven” bayramında təmtəraqlı şəkildə iştirak etmişəm.
Göstərdiyim yüksək nalliyyətlərə görə 2010, 2011,
2012, 2013-cü illərdə fəxri fərmanla təltif edilmişəm. Məktəbdaxili yarışlarda
II yerin tutmuşam. Həmin günü həm özüm çox sevinmişəm, həm də valdeyinlərimi
qürurlandırmışam.
Əldə etdiyin uğura görə atdığım hər addımda mənə
arxa-dayaq olan, mənim uğurlu olmam üçün hər şey edən, həyatımda ən çox dəyər
verdiyim ailəmə, xüsusi olaraq da nənəmə özümü həmişə borclu hiss edirəm.
Nalliyyətlərimdən dolayı dayıma bənzəmək istəyirəm. Yüksək balla ali məktəbə qəbul
olub sevdiyim peşəyə yiyələnmək istəyirəm.
Asudə vaxtalarımda bədii əsərlər oxumağı, idmanla məşğul
olmağı, xususilə basketbol oymamağı xoşlayıram. Gələcəkdə vətənə, millətə
yararlı övlad olmağı düşünürəm.
Uğurların daha bol olsun!
Комментариев нет:
Отправить комментарий