Rəsul
uşaqlıqdan sakit təbiətli,təmkinli,kənar insanlarla ünsiyyət qurmağı
sevməyən,öz kiçik dünyasında yaşayan bir uşaq olub. 4 yaşı olanda idmana olan xüsusi marağı və qabiliyyəti ilə
artıq öz istedadını biruzə verirdi.
Əliyev
Rəsul Vüqar oğlu 25.08.2000-ci ildə
Bakıda anadan olmuşdur.2007-ci ildə Nərimanov rayonu 82 nömrəli tam orta
məktəbinin 1-ci sinfinə qədəm qoymuşdur.Hal-hazırda İ.Əfəndiyev adına Elitar
gimnazıyada təhsil alır.Dərslərinə məsuliyyətlə yanaşan Rəsul tədris olunan
bütün fənləri yaxşı oxuyur.Onun dərslərindəki nailiyyətləri və idman üzrə uğurları müxtəlif
nominasiyalar üzrə qiymətləndirilmişdir.Bununla yanaşı məktəbdə keçirilən
müxtəlif tədbirlərdə,idman yarışlarında fəal iştirak edir.Məktəbdaxili
tədbirlərdə səhnələşdirilmiş tamaşa və səhnəciklərdə müxtəlif rolları
canlandırmışdlr. 2011-ci ildə gimnaziyada keçirilən ‘Robenzon Kruzo ’ adlı tədbirdə fəal iştirak
etmiş və öz rolunu yüksək səviyyədə ifa etmişdir.
Həyatının
ən maraqlı,unudulmaz anını belə ifadə edir: ‘İngiltərədə olarkən məşhur futbol
meydançasını gördüyüm anı heç vaxt unutmuram.Sanki mənə özüməməxsus olan bir
həyat
bağışladılar’
Rəsul
2012-ci ildə ingilis dili üzrə yaşıdlarından fərqlənən yüksək bilik və
bacarığına görə,2013-cü ildə biologiya
fənni üzrə əlavə materiallar hazırladığına görə fəxri fərman və diplomlarla
təltif olunmuşdur.Həmçinin riyaziyyat fənni üzrə və rəsmdən müxtəlif uğurlarına görə
sertifikat qazanmışdır.2015-ci ildə uşaqlar naminə ‘Elsa’layihəsində iştirakına
görə diploma layiq görülmüşdür.2015-ci ildə Fizika,Kimya,Biologiya fənnləri
üzrə keçirilən Olimpiadada V yerə layiq görülmüşdür.
İngiltərədə
keçirilən ingilis dili kurslarında iştirak edərək yüksək dil biliyinə
yiyələndiyinə görəyüksək dərəcəli sertifikat almışdır.
Yaşı az olmasına baxmayaraq ,Rəsul kifayət
qədər dünya görüşünə malikdir.O,artıq məqsədlərini müəyyənləşdirib və məqsədinə
doğru inamla addımlayır.Rəsul düşünür ki , hər bir insanın gələcəyi öz
əlindədir.İnsan yaşadıqca daima yaratmalıdır ki, onun gələcəyi parlaq və işıqlı
olsu əgər insan həyatda yaşayırsa ,bunun üçün daima
işləməli,yaratmalı,nailiyyətlər əldə etməlidir. Hiss edir ki, onda yüksək
idarəetmə qabiliyyəti vardır.İnanır ki, hansı peşəyə
yiyələnməsindən
asılı olmayaraq ən yüksək zirvəyə çatmağı bacaracaq..O özünü daha çox xalqına
xidmət sahəsində görmək istəyir və buna görə də hələ 8-ci sinifdə oxuyarkən gələcəkdə millət vəkili olmaq istəyi yaranıb
Rəsul tarixi filmlərə baxmağı sevir. 6-cı
sinifdə oxuduğu müddətdən etibarən musiqi ilə (fortapiano) məşğul olur.Düşünür
ki, musiqi onun həyatında maraqlı,yadda qalan izlər buraxır.
Həmçinin
musiqi ədəbiyyatı ilə bağlı kitablar oxuyur.
Musiqiçilərin
əsərlərini böyük maraqla öyrənməyə çalışır.Hal-hazırda 8-N.li Qara Qarayev
adına 11 illik musiqi məktəbində dərs alır.
Onun
nailiyyətlərinin səbəbi ona dəstək olan təhsil aldığı məktəb və ailəsidir.
Комментариев нет:
Отправить комментарий