Həsənzadə
Vüqar Vidadi oğlu 20 mart 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Vüqar
körpəlikdə sakit, ağıllı, mülayim, hər şeylə maraqlanan həssas, şirin,
yaraşıqlı uşaq olub. Yaşıdlarından fərqli olaraq tez dil açıb. Anasının köməyi
ilə məktəbə gedənə qədər bütün hərfləri öyrənmiş, saymağı bacarmışdır. Vüqar hələ
bağça yaşlarından məktəbə can atmış, özündən böyük uşaqlardan dərs, təlim qaydaları
almışdır. Çox həssas uşaq olduğu üçün ətrafındakı bütün hadisələri diqqətlə
müşahidə etməyi, suallar verməyi çox sevib.
2010-cu ildə
Bakıxanov qəsəbəsindəki Modern tədris mərkəzində məktəbəqədər hazırlıq kursuna
gedib. Vüqar Bakıxanov qəsəbəsindəki 309 saylı orta məktəbdə təhsil alır. Dərs əlaçısıdır.
Ən çox dəqiq fənlərə maraq göstərir. Məntiqi məsələlər həll etməyi çox sevir. Məktəbdə
təşkil edilən bütün tədbirlərdə iştirak edir və bir çoxlarının aparıcısı olub.
O, öz nümunəvi hərəkətləri ilə sinif uşaqları arasında seçilərək müəllimlərinin
sevimlisi olub. Vüqar müəllimini dərin məhəbbətlə sevir və uğurlarına görə
özünü müəlliməsi Mədinə Əliyevaya və anasına borclu bilir. I və II sinfi
bitirdiyi zaman tərifnamələrlə təltif olunmuşdur. Dəqiq fənlərə olan marağı onu
şahmata yönləndirib. Şahmat kurslarına gedib və yarışda iştirak edib. Üzgüçülüyə
olan həvəsi bu gün Vüqarın yaxşı üzgüçü olmasına şərait yaradıb. Eyni zamanda
idmanın karate növü ilə də məşğul olur. Asudə vaxtlarını kompüter oyunları oynamaqla,
açıq havada gəzməklə keçirir. Vüqar həkim olaraq insanlara kömək etmək,
sağlamlıqlarının qayğısına qalmaq istəyir.
Lakin yaşının
az olduğunu nəzərə alaraq hələ irəlidə onun arzularının dəyişəcəyini güman etmək
olar. Hansı sahədə olursa olsun, işini yaxşı bilən savadlı mütəxəssis olmasını
arzulayırıq.
Комментариев нет:
Отправить комментарий