elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 августа 2016 г.

Qurbanova Fatimə Cəlal qızı

 
Qurbanova Fatimə Cəlal qızı 6 noyabr 2004-cü ildə Bakı şəhərində dünyaya gəlib. Nəsimi rayonundakı Saleh Poladi adına 159 saylı tam orta məktəbdə təhsil alıb. Hazırda isə N. Axundov adına 1 saylı məktəbin şagirdidir.
Fatimə uşaqlıqdan çox həssas və dəcəl idi. Eyni zamanda güclü hafizəyə malik olub. Rəsm çəkməyi çox sevirdi. Hafizəsi güclü oldu­ğundan qardaşının hər gün evdə məşq etdiyi “Ayağa dur, Azərbay­can” şeirini Fatimə hələ 6 yaşında əzbərləyib sərbəst şəkildə deyirdi.
Fatimə ilk dəfə məktəbə qədəm qoyduğu gün birincilərə söz verildiyi zaman həmin şeiri söyləmişdi. Elə o gündən hamı ona heyran olmuşdu.
Fatimə hələ məktəbə getməmişdən təhsilə həvəsi hiss olunurdu. Elə bu həvəsin və anasının əməyinin sayəsində balaca qəhrəmanımız məktəbə qədər artıq yazıb-oxumağı öyrənmişdi.
Fatimə I sinifdən bəri əla­çıdır. Ən çox ingilis dili və riyaziyyat fənlərini sevir. Məktəbin bütün tədbirlərində aktiv iştirak edən şagirdlərdəndir, xüsusilə də şeir deyən qız kimi tanınır. III sinifdə oxuyarkən Yeni il münasibətilə hazırlanan tədbirdə Göyçək Fatma rolunda iştirak etmişdir. Ümumiyyətlə həmin il Fatimə üçün çox uğurlu olmuşdur. Dərs ilinin yekunlarına görə tərifnamə ilə də təltif olunmuşdur.
Fatimə bütün nailiyyətlərinə görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir.
Sinif rəhbəri Çimnaz Aslanova da ondan razılıq hissi söhbət açdı. Fatimənin bütün fəaliyyəti ilə həmyaşıdlarına nümunə olduğunu dilə gətirdi.
Gələcək fəaliyyətində heç kimə bənzəmək istəməyən Fatimə həyatda hər kəsin öz sözünü deməli olduğunu fikirləşir. Həyat təkrar olarsa, maraqsız olar – deyir.
Fatimə orta təhsil almaqla bərabər rəsm dərnəyinin də üzvüdür. Burdakı müəllimi Gültəkin xanım da ondan razılıq hissi ilə söhbət açdı. Fatimənin təsviri incəsənət sahəsində böyük potensiala malik olduğunu bildirdi.
Məktəblər arasında şeir müsabiqəsində iştirak etmək, qalib olmaq istəyən Fatimə öz məktəbinin adını ucaltmaq arzusundadır.
Gələcəkdə rəssam-dizayner olmaq istəyir. İlk dəfə məktəbə gəldiyi gündən bu arzu ilə yaşayır. Asudə vaxtlarında rəsm çəkməyi, kitab oxumağı və səyahət etməyi çox sevir. Eyni zamanda kompüterdə intellektual oyunlar oynayır.

Gələcək planı məktəbi əlaçı kimi bitirmək və ali məktəbə qəbul olmaqdır.

Комментариев нет:

Отправить комментарий