|
İnci balamız bir neçə sərgilərdə işdirak edib və diplomla təltif olunub |
Azərbaycanımızın fəxri! Belə istedadlı, seçilən
yeniyetmələrimizdən biri də İnci Dünyanur qızı Ələsgərli 2011-ci il mayın 29-da
Naxçıvan şəhərində dünyaya göz açmışdır. İnci balamız körpəlikdə dəcəl qız
olmuşdur. Rəsm çəkməyi çox sevirdi. 2-3 yaşlarından təsviri incəsənətə maraq
gösdərib. Balaca İnci 3 yaşında
Baby-Star uşaq bağçasına gedib və bağçada keçirilən tədbirlərdə fəal iştirak
edib. Yaşı kiçik olsa belə güclü hafizəyə və fantaziyaya malik olduğu hiss
olunur. O yorulmadan, usanmadan təsviri incəsənətlə məşğul olardı. Valideynləridən
daim ona rəngli qələmlər və rəsm çəkmək üçün lazım olan digər ləvazimatları
almağı tələb edərdi. İnciyə bu sahədə dəstək olan müəllimi Günel xanım onun çox
ağıllı, bacaraqlı qız olduğunu vurğulayır.
Asudə vaxtlarında qardaşı ilə vaxt keçirməyi, rəsm
çəkməyi xoşlayır. Kişik yaşında əldə etdiyi uğur və nailiyyətlərə görə rəsm müəllimi
Günel xanıma özü və valdeynləri minnətdarlığını bildirilər.
Gələcək planları tanınmış rəssam olmaqdır. Yaşının
az olması səbəbi ilə müsabiqələrdə iştirak etməyib. Ancaq gələcəkdə
onu böyük nailiyyətlər gözlədiyinə inanır.
Biz də balaca rəssama uğurlar arzu edirik. Vətənə,
millətimizə layiqli övlad olasan uğur və naliyyətlərin bol olsun. Müəllimin
Günel xanımın fəxri olasan. Uğurlar balaca İnci balamıza!
Комментариев нет:
Отправить комментарий