elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 августа 2016 г.

Rahim Ramin oğlu Hüseynzadə

Bu məqaləmizdə Azərbaycan və bütövlükdə türk dünyası ictimai fikrinin ən böyük nümayəndəsi və ideoloqu, uzun illər filosof, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş və bu sahələrin hər birində özünəməxsus iz qoymuş türk yazarı, böyük mütəfəkkir Əli bəy Hüseynzadə nəslinin davamçılarından biri olan Rahim barədə söhbət açacağıq.
Rahim Ramin oğlu Hüseynzadə 29 yanvar 2008-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Körpəlikdən özünəməxsus düşüncə tərzi ilə seçilən Rahimin dürüstlüyü, yaşından böyüklərə məxsus dinləmək və eşitdiklərini düzgün analiz etmək qabiliyyəti, geniş qəlbi və güclü yumor hissi ona ətrafdakıların rəğbətini qazandırmışdır. Bu xüsusiyyətləri Rahimə yaşından asılı olmayaraq hər kəslə rahat və səmimi ünsiyyət qurmağa imkan verir. Rahim balamızın gözəl əl qabiliyyəti var. 3 yaşından bəri Rahim qırılmış oyuncaqlarını özü təmir edir. Ən sevimli oyuncağı “Lego” konstruktorudur. Rahim yeddi yaşından atasının maşınını sərbəst sürür, həmçinin tir tüfəngindən sərrast atəş edir.
Orta təhsilə ilk qədəmlərini 6 №-li məktəb-liseydə atan Rahim hazırda Azərbaycan Britaniya Kollecində təhsilini davam etdirir. III sinif şagirdi olan Rahim ingilis dili kurslarına gedir və bununla yanaşı kung-fu döyüş sənəti ilə məşğul olur. Onun riyaziyyat və məntiq bacarıqları heyranedicidir.
Gələcəkdə ABŞ-da təhsil alaraq mühəndis olmaq istəyən yeniyetmə istedadımız bəşəriyyətə faydalı olacaq yeni texnologiyalar icad etmək və qazanacağı pullarla imkansızlara kömək edərək xeyirxah işlər görmək arzusu ilə yaşayır.
Səhiyyə sahəsində əvəzedilməz əməyi olan, ömür boyu milləti naminə fədakarlıqla çalışan, xeyirxahlığı, müdrikliyi, mərd və dürüst xasiyyəti ilə Azərbaycan xaqının böyük hörmət və rəğbətini qazanan, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, “Dünya informasioloqları elitası” ünvanlı beynəlxalq müsabiqələr, akademik S. Vavilov və akademik Y. Məmmədəliyev adına mükafatların laureatı, Elm və Təhsil Mərkəzi, Təfəkkür Universitetinin prorektoru, professor Rahim Hüseynovun nəvəsi olan və onun adını daşıyan Rahimə təhsilində və gələcək işlərində davamlı uğurlar, çalışacağı peşə üzrə böyük nailiyyətlər, nəhayət, babasının adına və Hüseynzadələr nəslinə layiqli övlad olmasını arzu edirik. 

Комментариев нет:

Отправить комментарий