Valideynləri Zərifənin uşaq vaxtı adı kimi zərif və
çox sakit uşaq olduğunu deyirlər. Məktəbə getmədən də yazıb-oxumağı bilirdi. Uşaq
bağçasında öyrənmişdi. 4 yaşından şahmata gedir. Qardaşına baxıb həvəs yarandığını
deyir valideyinləri.
Balaca şahmatçımız Abbasova Zərifə Müşviq qızı 24
yanvar 2009-cu ildə Bakı şəhərində anadan olub. 6 saylı məkəb-liseyin şagirdi
olan Zərifənin sevimli fənnləri riayziyyat, rus dili və musiqidir.
Zərifə 2015-ci ildə III dərəcə normativini
toplayaraq I yeri qazanmışdır. 2015-ci il yanvarın 28-də isə 24 saylı UGYM-də
keçirilən “Sağlam həyat tərzi” rəsm müsabiqəsində iştirak etdiyinə görə fəxri fərmanla
təltif edilib. 2016-ci ildə isə 8 yaşlı qızlar arasında Bakı çempionatında III
yer əldə etmişdir. 2016-cı il may ayında “Naxçıvan Open” şahmat turnirində 8
yaşlı qızlar arasında II yeri eldə edib.
Əldə etdiyi uğurlara görə özünü atası Müsviq
Abbasova borclu bilir. Zərifə istəyir ki, atası kimi tanınmış bir insan olsun,
adı çəkilən zaman hamı onu tanısın.
Boş zamanlarında televizora baxır, mütaliə etməyi
sevir.
Biz də, Zərifəyə şahmat sahəsində və gələcək həyatında
uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий