Bu günün şahmatçısı, gələcəyin həkimi Abbasov Azad
Müsviq oğlu 28 dekabr 2005-ci ildə Bakı şəhərində anadan olub. Hazırda 6 saylı
məktəb-liseydə oxuyan Azad bütün dərslərini həvəslə oxusa da ən sevdiyi fənnlər
ingilis dili və riyaziyyatdır.
Azad şahmat sahəsində olan uğurlarına görə 2012-ci
ildə III dərəcə qazanıb. 2010-cu ildə IV, 2013-cü ildə II, 2014-cü ildə isə I
dərəcəli şahmatçı adını əldə edib. Azadın uğurları bununlada bitmir. 2015-ci
ildə Dubayda keçirilən şahmat yarışında ən yaxşı sonluğa görə diplom əldə edib.
Qeyd edək ki, Azad “BU ŞƏHƏRDƏ”-nin ssenaristi
Müşviq Abbasovun oğludur.
Valideyinlərinin sözlərinə görə, Azad çox nadinc
uşaq olub, ancaq televizora baxanda sakit olurdu. Maraqlı oyunlara baxirdı. Məktəbə
getməmişdən əvvəl yazıb-oxumağı bağçada öyrənmişdi, eyni zamanda anası da kömək
edirdi. Beş yaşında atası Müşviq Abbasovun istəyi ilə şahmata getmişdir və
zamanla özündə də istək yaranır. Qazandığı uğurlar buna baris nümunədir. Qazandığı
uğurlarına görə valideynlərinə borclu olduğunu deyir.
Məqsədi şahmat üzrə dünya çempionu olmaqdır. Azadın
ən böyük arzusu isə həkim olmaqdır. Əlavə olarq üzgüçülüklə məşğuldur.
Gələcək planlarına şahmat üzrə idman ustası olmaq,
sonra beynəlxalq qroysmester pilləsinə qədər ucalmaq daxildir. Tarixin
yaddaşında ilk Azərbaycanlı dünya çempionu kimi qalmağı hədəfləyib, balaca qəhrəmanımız.
Biz də “İstedadlar.biz” redaksıyası olaraq Azada
uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий