Valideynləri
Fəttahın körpəlikdən dəcəl, eyni zamanda ağıllı uşaq olduğunu deyirlər. Hər bir
hadisə haqqında məlumatlanmağa çalışır. Dörd yaşından rəqslə və şahmatla məşğul
olur, rəsmə böyük marağı var. Yazmağı çox sevir anası tərəfindən öyrədilib ilk
olaraq. Şahmata marağı üç yaşından var hazırda qardaşının müəlliməsi Natəvan
xanımdan dərs alır.
Babayev Fəttah
Fərhad oğlu 20 aprel 2012-ci ildə Bakı şəhərində anadan olub. Hazırda uşaq bağçaya
gedir. İngilis və rus dillərində şeirlər bilir, yaşıdlarından çox fərqlənir
istedadlı və ağıllı olması ilə. Bağçada keçirilən tədbirlərdə fəal iştirak
edir. Ən çox sevdiyi “Ana” şeiridir. Dərslərini əla oxumaq və eyni zamanda
şahmatçı olmaq arzusundadır.
Ən böyük
arzusu əvvəlcə Bakı çempionu, sonra isə respublika çempionu olmaqdır. Gələcək hədəflərindən
biri isə həkim olmaqdır. Humanist olması onda bu istəyi yaradıb.
Boş
vaxtlarını şahmat oynamaqla və qardaşı ilə gəzintiyə getməklə keçirir. Qəhrəmanlarımızın
şəklini çəkməyi çox sevir. Bu Fəttahın vətənpərvər bir usaq olduğunu, eyni
zamanda gələcəkdə də nümunəvi bir vətəndaş
olacağından xəbər verir.
Həkim olmaq
istəyində isə xəstə insanlara şəfa vermək arzusu dayanır. 4 yaşından artıq Fəttah
kitabların dostu olmağı və dərslərini yaxşı oxumağı düşünür.
Qeyd edək ki,
redaksiyamızında bu yaşda istedadını qeyd etdiyimiz ilk istedadımızdır.
Комментариев нет:
Отправить комментарий