Deyirlər xoşbəxtlik ani hisdir. İllərlə nəyisə arzulayırsan ona catmaq ücün hər əziyyətə
dözürsən və ona qovusanda bəzən adiləsir o hislər.Əslində xoşbəxtliyi,rahatlığı insan sevdiyi sənətdə tapa bilir.Kimisi rəssam,kimisi həkim,kimisi memar,kimisi də müəyyən sənət sahibi
olub həmin sahədə ruhunun dincliyini,peşəsindən doğan sevinci yaşayır.
Bizim bu gün haqqında danışacağımız övladımız,qızımız
gözəl rəsmlər müəllifi,çalışqan şagird,tərbiyəli və sevimli övlad olan Fatimədir. Fatimə
İdriszadə Əliağa qızı 2001-ci il oktyabrın 6-da Bakı şəhərində anadan olub .Öz
gəlişi ilə ailəsinə sevinc,səadət ,xoşbəxtlik gətirən Fatimə ata və anasının
qüruru və fəxri olub həmisə.İlk təhsilini Seyfulla Məmmədov adına Qaradağ
rayonunun Ələt qəsəbəsində yerləşən 110 nömrəli tam orta məktəbdə alıb.Fatimə hələ
aşağı siniflərdə öz bilik və bacarıqları ilə ,rəssamlığa ,incəsənətə meyli ilə
müəllim kollektivinin diqqətini cəlb edib.Həmişə dərslərindən əla qiymətlər alıb.
Əlaçı olan Fatimə bütün fənləri sevir ,daha
çox sevdiyi və ciddi yanaşdığı fənlər
ana dili,riyyaziyyat,biologiya,kimya və rəsmdir.Bu sahələrdə daha cox uğur
qazanacağına ümid edir.
Fatimə həyatda,təhsildə qazandığı uğurlara görə
birinci növbədə onu dünyaya gətirən valideynlərinəa cox anasına,sonra da müəllimlərinə
borclu olduğunu söyləyir.Fatimə memar və rəssam olmaq istəyir.Onun bir-birindən gözəl əl işləri
var.Boş vaxtlarını rəsm çəkmək, televizorda intelektual verlisləri izləmək və sevimli bacısıyla keçirməyi xoşlayır.Çəkdiyi
rəsmlərdə təbiət mövzusuna üstünlük verməsi Fatimənincox,kövrək və həssas bir qəlbə
malik olduğunu göstərir.Ən böyuk arzusu ali məktəbə qəbul olmaqdı.Birinci qrupa
hazırlaşan F atimə Memarlıq və Kompyüter
mühəndisliyi fakültəsinəqəbul olmaq istəyir.Bu sahədə əla mütəxəssis olacağına
və koriyera quracağına inanır.Çünki dərslərindən aldığı yüksək qiymətlər və müvəffəqiyyətlər
bunu deməyə əsas verir.O,tarixin yaddaşında
xeyriyyəçi insan kimi qalmaq istəyir.Fatimə
həm də rəssam olacağını deyir.O deyir ki, əgər mən məşhur rəssam olsam açdığım
sərgilərdən gələn gəliri yoxsullara,kimsəsizlərə kömək etmək üçün xərcləyəcəm.
Fatimə körpəlikdən sakit uşaq olub.Hələ iki
yaşından rəngləri tanımış və
karandaşlarla rəsmlər çəkirmiş.Dörd yaşında ilə anasının köməyi ilə yazıb
oxumağı bacarıb.Altı yaşına çatan Fatimə artıq öz kiçik əlləri ilə rəsmlər çəkərək könül
dünyasından xəbər verirdi.Əziz oxucular,sizə bu məqaləni təqdim etməklə
məqsədimiz Azərbaycanın daha bir istedadlı övladı haqqında məlumat verməkdi.Ugurlar
olsun,Fatimə,Allah yolunu açıq eləsin.
Комментариев нет:
Отправить комментарий