Rüstəmov Ağa Nazim oğlu 2009-cu il aprelin 14-də
Bakı şəhərində anadan olub. Körpəlikdə çox ağıllı, təmizkar, məsuliyyətli uşaq
olub. Öz düşüncələri, dəqiqliyi və liderlik xüsusiyyətləri ilə hər kəsi özünə cəlb
etməyi bacarıb. Əsgərlərə qarşı xüsusi hörməti var. Harada əsgər görə,
salamlamadan keçmir. Böyüyəndə də onlar kimi vətənin keşiyində durmağı özünə
borc bilir.
Ağa 4-5 yaşlarından idmana, rəqsə, şəkil çəkməyə.
Bu marağına görə valideynləri onu Lokomativ İdman Kompleksində kyokuşin karate
idman növünə və Fikrət Əmirov adına6 saylı Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərslərinə
yazdırırlar. Yaşının az olmasına baxmayaraq, Ağanın bu sahələrdə çoxlu uğurları
olub. Uşaqlararası şəhər birinciliyi kyokişin karate idman növü üzrə yarışda və
XIV Açıq Azərbaycan Çempionatında II yerləri tutmuşdu. Müxtəlif yarışlarda
diplom, fəxri fərman medal və hədiyyələrlə təltif olunub. Ağa biləcəri qəsəbəsi
Pizhəzərov adına 299 saylı məktəb liseyin I sinfində oxuyur. Əlaçıdır. Sinif və
məktəbdaxili müsabiqələrdə oyun və həftənin qalibi olub, təltifnamə
qazanmışdır. Müxtəlif kurslarda öz biliyini sınayır. Məktəbini, müəllim və
sinif yoldaşlarını çox sevir. Ağa həmçinin gözəl nitqə və səhnə qabiliyyətinə
malik uşaqdır. Hələ baxçada oxuyarkən, “Təmiz Binəqədi” layihəsi çərçivəsində
Rayon İcra qarşısında yaratdığı kiçik bir səhnəcikdə təbiəti və ətraf mühiti
çirkləndirənlərə müraciət etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətinin
keçirdiyi tədbirdə çıxış etmişdir. Hazırda məktəb tədbirlərinin fəal
iştirakçısıdır. Qazandığı bütün uğurlara görə valideynlərinə və müəllimlərinə
minnətdardır. Ağanın əsas amalı dövlətimizin qayda-qanunlarına riayət etmək,
mütləq əla oxumaq, valideynlərinə və vətənə layiq yararlı bir insan olmaqdır.
Ağadan böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən sualına:”arzumun bir
sirr olduğunu” söylədi. Biz də balaca dostumuzun”Sirli arzu”sunun həyata keçməsini,
həyata uğurlar qazanmasını arzulayırıq.
Комментариев нет:
Отправить комментарий