Balaca həkim Əliyeva Elena Bəxtiyar qızı
09.07.2007-ci il Gürcüstanın Bolnisi
rayonunda Saraçli kəndində anadan olub. Hazırda Biləcəri qəsəbəsindəki 301 nömrəli
məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur və ən sevimli fənləri riyaziyyat,
informatika, xarici dil və Azərbaycan dilidir.Elena məktəb nəzdində keçirilən
bayram tədbirlərində fəal iştirak edir, hətta
bu tədbirlərin birində Cücələrim rolunu
oynayıb.Eyni zamanda tədbirlərdə şeirlər deməsi ilə də diqqət çəkib.Elena
əldə etdiyi uğurlara görə valideyinlərinə və müəllimlərinə borclu olduğunu
deyir. Anasına oxşamaq istəyən Elena onun kimi qayğıkeş və mehriban biri olmaq
istəyir. Ali məktəbə qəbul olmaq və savadlı həkim olmaq istəyir köməyə ehtiyacı
olan xəstələrə yardım etmək və insanlara sağlam həyat bəxş etmək niyyətindədir.O,
bu qənaətə 6 yaşından gəlib.Və bunun üçün dərslərini hər zaman əla oxuyacağını
və “Hipokrat” andına sadiq qalacağını deyir.Boş vaxtlarında kitab oxumaq və rəsim
çəkməklə xüsusi bir həvəslə məşğul olur. Azərbaycan dili və ədəbiyyata üstünlük
verir gələcək arzuları və məqsədləri isə ali təhsil almaq Məktəbi bitirəndən
sonra tanınmış bir həkim olmaqdır. Valideyinlərinə layiq övlad olmaq istəyən
Elena tarixin yaddaşında çarəsiz xəstəliyin çarəsini taparaq alimlik dərəcəsi
qazanıb silinməyəcək izlərlə qalmaq istəyir.Valideyinlərinin sözlərinə görə
sakit və tərbiyəli uşaq olub maraqları cizgi filimləri və rəsim çəkmək
olub.Uşaq vaxtdan yazmagı qardaşlarının köməyi ilə öyrənmişdir. Elenanın yazib-oxumağa marağı 3 yaşından yaranıb bizim sayəmizdə deyerek qeyd edir ailəsi.
Biz də balaca həkimə öz arzularını arzulayırıq.
Комментариев нет:
Отправить комментарий