Həbibli Amil Rəhim oğlu 2006-cı il 13 oktyabrda
Tovuz rayonunun Xatınlı kəndində dünyaya göz açıb. Uşaqlıqda təbiətcə sakit
uşaq olub və səkil çəkməklə, idmanla maraqlanıb. Kiçik yaşlarından
yazıb-oxumağa başlamışdır. Məktəbəqədər təhsilini 119 saylı bağçada almışdır.
Burada tərbiyəçi-müəllimələr Xanım və Leyla müəllimənin gənc istedadımızın erkən
inkişafında zəhməti böyük olub. İlk təhsilini Yusif Mirzəyev adına 44 saylı
orta məktəbdə alıb. Hazırda isə 49 saylı İntellekt məktəb-liseyində təhsilini
davam etdirir. Öz sözlərinə görə Amilin inkişafında və müxtəlif sahələrə
marağının yaranmasında ibtidai sinif müəlliməsi Ceyran xanımın rolu çox böyük
olmuşdur. Amil dərslərini yaxşı oxuyur. Azərbaycan dili və riyaziyyat fənnlərinə
marağı daha böyükdür. Yaşının az olmasına baxmayaraq bir sıra tədbirlərdə
iştirak etmiş, tərifnamə və diplomlarla təltif olunmuşdur. Bu tədbirlər
sırasında
Səbail rayon MKS-nin 3 saylı filialında (Nazim Hikmət
adına uşaq kitabxanası) təşkil edilən hərbi vətənpərvərlik mövzusunda keçirilən
tədbirdə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunuşdur. Sonralar da
sözügedən kitabxana ilə əməkdaşlığı davam etmiş və kitabxananın əməkdaşları ilə
birgə yaralı əsgərlərə baş çəkmiş və bununla bağlı “Mədəniyyət” jurnalında bu
haqda məqalə dərc olunmuşdur. Eyni zamanda Azərbaycan televiziyasının
kitabxananın qatıldığı səhər proqramında vətənpərvərlik mövzusunda şeiləri ilə
də yaddaşlarda iz qoymuşdur.
Amil bununla yanaşı idmanla da məşğul olmuş və bu
sahədə də uğurlar qazanmışdır. Belə ki, Amil 2015-ci il mart ayının 20-də
Novruz bayramı münasibətilə yeniyetmələr arasında cudo yarışı üzrə turnirdə II
yerlə təltif olunub və medal alıb.
2015-ci il 15 may tarixində isə ümumilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş cudo yeniyetmələr
arasında açıq birinciliyində II yeri tutmuşdur.
Amilə gələcəklə bağlı məqsədlərinin nə olduğunu
soruşduqda isə “Bunu zaman göstərər.” dedi. Asudə vaxtlarında isə rəsm çəkməyi
və velosiped sürməyi sevdiyini bildirdi. Gələcəkdə isə dərsləri ilə yanaşı
idmanda da uğurlarının sonsuz olmasını istəyir. Bu gün isə qazandıqları və əldə
etdiyi nailiyyətlərə görə müəllimlərinə, valideynlərinə təşəkkürünü bildirir. Və
gələcəkdə hansı peşəyə yiyələnməsindən asılı olmayaraq atasına oxşamaq istədiyini
vurğuladı.
Комментариев нет:
Отправить комментарий