Züleyxa körpəlikdə çox aktiv, sağlam, hər şeyə
maraq göstərən uşaq olub. Uşaqliqdan musiqiyə çox marağı var. Klassik musigini
uşaq vaxtından dinləməyi çox sevir. Məktəbə qədər yazıb-oxumağı valideynlərinin
köməyilə öyrənmişdi. Valideynlər evdə hər janr musiqi ilə məşğul olduğuna görə Züleyxa
bundan ilham alıb bu sənətə gəldi.
Abdullayeva Züleyxa Nazim qızı 2002-ci il
sentyabrın 22-də Bakı şəhərində dünyaya göz açıb. Milli Konservatoriya nəzdində
İncəsənət Gimnaziyasında oxuyub. Dərslərə davamiyyətim məqbuldur və sevdiyi fənlər
tarix, ədəbiyyat kimya olub. İncəsənət gimnaziyasının bütün konsert
proqramlarında müvəffəqiyyətlə iştirak edib. Dəfələrlə diplom və tərifnamə ilə
təltif olunub. Züleyxa: Həyatımda ən yaddaqalan hadisə 8 yaşımda Azərbaycanı
İtaliyada təmsil etməyim və ölkəmə birinciliyi gətirməyimdir.
Qəhrəmanımız dəfələrlə beynəlxalq musiqi müsabiqələrinin
qalibi olub.
2010-cu il Bəstəkarların yubileylərinə həsr olunmuş
fortepiano musiqisi festivalının diplomantı oldum.
2011-ci il İtaliya Cioia del Colle “Pietro Argento”
adına beynəlxalq müsabigənin I yer laureat.
2011-ci il İsveç Stockolm “Rondo” adına beynəlxalq
musigi festivalında diplomant.
2012-ci il Fransa Paris Nikolay Rubinşteyn adına XI
beynəlxalq pianoçuların musabiqəsinin I yer laureat.
2013-ci il “İstedadlı Uşaqlar Festivalı – 2013”
qazandığı uğurlara görə diplomla təltif olunmuşdur.
2013-ci il Züleyxa prezident təqaüdünə laiq
görülmüşdür və istedadların “Qızıl Kitabına” adı yazılmışdır.
2014-cü il Amerika Nyu York “American Protege
İnternational Piano and Strings” adına beynəlxalq müsabigənin III yer laureat və
Nyu Yorkun möhtəşəm “Carnegiye Hall” konsert zalında Züleyxa Azərbaycan bəstəkarı
Adil Babirovun “Preludiya və Skerso” əsərini məharətlə ifa etdim.
2016-cı il İtaliya Pesaro şəhərində keçirilən
“Citta de Pesaro” beynəlxalq müsabigəsinin II yer laureat.
Əldə etdiyim uğurlarıma görə Allaha, valideyinlərimə
və çox sevdiyim musiqi müəllimim Nigar Nəcəfovaya borcluyam. Yuja Wanga çox
oxşamaq istərdim, onun kimi fortepianonun mahir ifaçısı olmaq istərdim.
Öncə konservatoriyanı bitirib, magistratura təhsilimi
Vyana Konservatoriyasında almaq istərdim. Savadlı mütəxəssiz olduqdan sonra
beynəlxalq müsabigələrdə münsif masasında əyləşmək mənim ən böyük hədəfimdir.
Asudə vaxtlarımda
kitab oxumağı, musiqi dinləməyi xoşluyuram.
Züleyxanın fəaliyyəti AzTV, İTV telekanallarında, radio
verilişlərində, “Azərbaycan müəllimi”, “Zerkalo” qəzetlərində, “Nərgiz” jurnalında
işıqlandırılıb.
Комментариев нет:
Отправить комментарий