elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 июня 2016 г.

Mustafayev Hüseyn İlqar oğlu

 
Mustafayev Hüseyn İlqar oğlu 26.03.2002 tarixində Bakı şəhərində dünyaya gəlib. Hüseyn ilk təhsilini Bakı Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəbdə alıb. Hazırda o təhsilini Almanıyanın Regensburq şəhəri, Laaber qəsəbəsində Mittelschuledə davam etdirir.
Hüseyn uşaqlıqdan sakit və ağıllı uşaq olub, oyuncaq maşınlarla və topla oynamağı xoşlayırdı. Oyuncaqların içərisində nə olduğu onu maraqlandırırdı, buna görə də əlinə keçən oyuncaqlar sökülüb-yığılmalı idi. Qardaşı ilə dalaşır, bəzən də oyun oynayanda cığallıq edərdi.Anası və atası Hüseynlə hələ məktəbə getməzdən əvvəl məşğul olmuş və ona  yazmağı, oxumağı öyrətmişdilər. Qəhrəmanımız 5, 6 yaşlarında turnikdə çəkinməyi, əlləri üstə jim etməyi bacarırdı. Bu idman hərəkətləri ona atası tərəfindən öyrədilmişdir. Atası deyir ki, “Hüseyn fiziki gücə malik idi.”
Dərslərində fəal olan qəhrəmanımızın daha çox sevdiyi fənlər bunlardı: riyaziyyat, biologiya, alman dili, ingilis dili və idman. Hüseyn deyir ki, “mənim Almaniyada qiymətlərim 1 və 2-dir. Almaniyada 1 5, 2 isə 4 deməkdir.”
Hüseyn Hallowen (Qorxu bayramı), Fasching (Rəng bayramı), Ostern (Paska bayramı) bayramlarında iştirak edib. Hallowen bayramında zombi geyimində iştirak edərək müəllimləro tərəfindən dəyərləndirilmişdir. Hüseynə  ünvanladığımız “Əldə etdiyin uğura görə kimə borclusan və kimə oxşamaq isərdin?” sualına “mən həmişə atama və anama borcluyam. Onlar hər zaman mənim dayağım olub və məni həmişə dəstəkləyiblər. Mən təbii ki, atama oxşamaq istəyirəm!” belə cavab verdi.
Hüseyn gələcək fəaliyyəti barədə bunları dedi: “mən ən yüksək zirvəyə və pilləyə qədər qalxmağı istəmişəm. Vaxtı gələndə peşəkar polis zabiti olamq istəyirəm. Mən bu məqsədimə nail olmağa özümə söz vermişəm. Polis zabiti olmaq fikrinə isə Almaniyada təhsil aldığım zaman, 2016-cı ildən düşmüşəm. Mən bu sənətə yiyələnməklə xalqıma xidmət etmək istəyirəm. Boş vaxtlarımı səmərəli keçirməyi xoşladığımdan bədii əsrərlər oxuyur, idmanla məşğul olur, futbol oynayır, velosiped sürür və üzgüçülük hovuzunda üzürəm. Mən tarixin yaddaşında iz qoymaq üçün yaxşı dövlət xadimi olmaq, millətimin haqqı olan Qarabağ torpaqlarını geri qaytarmaq və dövlət müstəqilliyini qoruyub saxlamaq istərdim. Mən Almaniyada musiqi dərnəyində ingilis və alman dillərində yaxşı mahnı oxuduğum üçün şəklim qəzetdə nəşr edilmişdir.”

Комментариев нет:

Отправить комментарий