elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 июня 2016 г.

Nəsibli Rəvan Asif oğlu

Azərbaycanımızın istedadlı yeniyetmələrindən biri də Rəvan Asif oğlu Nəsiblidir. Rəvan 2007-ci il yanvarın 3-də Sumqayıt şəhərində dünyaya göz açmışdır. Körpəlikdə şirin uşaq olub, onun uşaqlığı çox maraqlı keçib. Tanıdıqları ilə tez ünsiyyət  quran, tez tanış olmağı bacaran uşaq olub. 5-6 yaşına qədər üzgüçülüyə gedib. Rəvan başqa uşaqlardan fərqlənirdi.
Hələ məktəbə gedənə qədər bağça tərbiyəçilərindən yazıb-oxumağı öyrənmişdi Rəvan. Orta təhsilə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində başlayıb qəhrəmanımız.
Liseyin əlaçı şagirdlərindən biridir. Riyaziyyatdan məktəbdaxili tədbirlərdə iştirak edib.
Böyüyəndə ən çox bənzəmək isdədiyi insanlar valdeyinləridir. Ən böyük arzusu peşəkar həkim olmaq, insanların sağlamlığının keşiyində durmaq, xəstə insanlara şəfa verməkdir.
Asudə vaxtlarında kompüter oynamaq, nağıl kitabları oxumağı sevir. Azərbaycanın layiqli vətəndaşı olmaq istəyir.

Sənə dərslərində uğurlar arzu edirik. Bunda sonrakı nailiyyətlərin, uğurların bol olsun!

Комментариев нет:

Отправить комментарий