elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 июня 2016 г.

Şahvələdli Murad Əlbəndə oğlu

 
Gənc alim Şahvələdli Murad Əlbəndə oğlu 1 yanvar 2004-cü ildə Bakı şəhərində anadan olub. Muradın dünyaya gəlişi ailəsi üçün surpiriz olub, anasının sözlərinə görə qızlarından sonra bir evladının dünyaya gələcəyini düşünmürmüş hələ bu uşağın belə istedadlı olacağı dörd yaşında məktəbə gedib uğurları ilə gözönündə olması Şahvələdli ailəsi üçün gözlənilməz olub.Murad ilk dəfə Qubadlı rayon 3 saylı məktəbdə oxuyub.
Hazırda isə Fizika Riyaziyyat və İnforatika təmayüllü liseydə VIII sinifdə oxuyur. Dərs əlaçısıdır bütün fənnlərdə birincidir, ancaq ən sevdiyi fənləri riyaziyyat, ingilis-dili, fizika, biologiya, informatika və azərbaycan dilidir.Murad mütamadi olaraq “Xəmsə”,  “Breyn Ring” və bir çox intellektual oyunlarda iştirak edib. Bu oyunlarda da gələcəyin alimi birincilik qazanıb ailesini və müəllimlərini sevindirib.Bunlardan əlavə “ekoklub “və “ingilis-dili” klubunda da yaxından iştirak edib. İnformatika fənnini çox sevən Murad olimpiadalarda birincilik qananaraq diplomla təltif edilib.Həyatda örnək götürəcəyi insan Anasıdır.Murada görə anası sadəcə ana deyil eyni zamanda bir oğlanın nümunə götürəcəyi Azərbaycan qadınıdır.Bütün həyatını və uğurlarını ilk öncə Allaha və daha sonra anasına borclu olan Murad anası ilə fəxr edir və özünün uğurlarının mənbəyi hesab edir.Murad həyatınındakı ən böyük dəstəkləyicisinin anası olduğunu deyir.Murad alim olacağını və bu işin öhdəsindən layiqincə gələcəyini deyir.Alim olacağına əmindir, ancaq eyni zamanda bir nece ixtisasa yiyələnmək fikrindədir və bunların imkansız olmadığını deyir. Genetika mühəndisi, beyin cərrahı, proqramist. Murad bu qənaətə 2-3 ildən əvəldən gəlib.Onun əsas məqsədi öz ölkəsinə, millətinə yararlı vətəndaş olmaqdır.Elə bu səbəbdən də Murad boş zamanlarını öz gələcək karyerasına yararlı olacaq filimlərə baxmaqla keçirir.Fərqli insanların həyatlarını izləməyi xoşlayan Murad öz gələcəyi üçün yeni bir uğur pilləsinə yüksəlməyi düşünür.Bəzən gənc alim öz həyətlərində müşahidələr edir kolleksiyalar toplayir.Uşaqlıq arzusu rəssam olmaq olsada zaman keçdikcə bu fikrindən yayınıb. Zamanla fikirlər dəyişir deyir gənc alim və gülür. 
Ailəsinin sözlərinə görə: Murad yalnız  sudəmər vaxtında uşaq olub daha sonra ailədə heç kim ona uşaq kimi davranmayıb dünyaya gəldiyi gündən istedadlı olub. Məktəbə getməzdən əvvəl yazıb-oxumağı bilirdi, hətta 5 yaşında şahmata gedib iki ay sonra birincilik qazanıb hər zaman uğurları ilə ailəsini  təəccübləndirib.  Fərqli düşüncəsi və mükəmməl cumlə qurmaq bacarığı olub Muradın .Hətta oyuncaq alanda mənə niyə kitab almamısız deyirdi. Muradın gələcək planları bütün yaşıdları kimi eyni olsada (dərsərini əla oxumaq və universitetə qəbul olmaq) məqsədləri basqadır Türk oğlu olaraq ermənilərin kökünü yer üzündən kəsməyi düşünür kəşfləri ilə!

Biz də ailəsinin Muradına  bu uğurlu yolda muradına çatmağı  arzu edirik!

Комментариев нет:

Отправить комментарий