Aslanova Ləman İlqar qızı 11 oktyabr 1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Milli
Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzununudur
Azərbaycan xalqının mədəniyyəti və incəsənəti
çoxəsrlik tarixə malikdir. Onu qoruyub saxlamaq hər bir gəncin mənəvi borcudur.
İncəsənət milli sərvətimizdir. Azərbaycan rəssamlıq sənəti tarixində öz imzası
ilə tanınan istedadlı rəssamlarımız yetərincədir. Onların əsərləri nəinki
ölkəmizdə, xaricdə də müxtəlif sərgilərdə nümayiş etdirilir.
Belə istedad sahiblərindən biri də Azərbaycan Milli
Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının təsviri və
tətbiqi sənət şöbəsinin XI sinif şagirdi (məzunu) Ləman Aslanovadır.
Kiçik yaşlarından rəsmə maraq göstərən Ləman çəkdiyi şəkilləri ilə
valideynlərinin diqqətini çəkib. Hələ 2 yaşı olanda rəngli qələmləri ilə çəkdiyi
şəkillərində öz uşaq dünyasını kağız üzərində əks etdirirdi. Uşaq yaşlalında
nağıllara qulaq asmağı xoşlayan Ləman nağıl qəhramanlarını öz aləmində
canlandırır və onları rəsmlərində çəkirdi. Böyüdükcə valideynlərinin diqqəti
sayəsində daha böyük nailiyyətlər əldə etməyə başlayır. Anasının köməyi ilə
kuklaları üçün geyimlər biçir və tikir.
Erkən yaşlarından valideynləri tərəfindən oxumaq və yazmaq öyrənən
Ləmanda kitablara sevgi daha da artır. Boş vaxtlarını kitab oxumaqla keçirən
Ləman, gəlinciklərinə müxtəlif paltarlar tikmək,
muncuqlarla, qaşlarla əl işləri, cürbəcür bəzək əşyaları (sırğa, üzük,
boyunbağı, bilərzik), aksesuarlar hazırlamağı da unutmur və vaxtının bir
hissəsini buna ayırırdı.
Vaxt keçdikcə Bakımızın və ölkəmizin digər ecazkar gözəl guşələrini qarışbaqarış
gəzmək, o füsunkar gözəlliklərlə tanış olmaq Ləmanın gələcəkdə istedadlı rəssam
kimi yetişməsində öz tövhəsini verir.
Qızının bu bacarığını diqqətə alan anası Lalə xanım onu hələ 4
yaşından Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət
Gimnaziyası nəznində təşkil edilən dərnəklərə yazdırır. Və bu vaxtdan da o
müəllimələrinin köməkliyi ilə bir rəssam kimi formalaşmağa başladı.
O, birinci sinifdən Azərbaycan Milli Konservatoriyası tərkibində
Respublika İncəsənət Gimnaziyasının şagirdi olub.
Gimnaziyada oxuduğu müddətdə riyaziyyat, biologiya,
tarix, xarici dillərlə birgə rəssamlığa da böyük
marağı olan
Ləman, həm də müasir modaya, dekorativ tətbiqi sənətə çox böyük üstünlük
verməyə başlayır.
Əsasən gənclərimizi müasir dəbdə, modada geyinməyə
səsləyən Ləmanın geyim kolleksiyası daim öz rəngarəngliyinə, müxtəlifliyinə,
aktuallığına görə fərqlənir. Nəfis bəzənilən
naxışlar, muncuqlarla işləmələr, strazlar yalnız əl işidir. Hər paltarın
yaradılmasına böyük vaxt və əl əməyi sərf olunur. Dəqiq həndəsi xətlər, gözəl
bəzəklər ipək, şifon kimi parçalarda çox ahəngdar şəkildə tətbiq olunur.
Dekorativ-tətbiqi incəsənət sahəsində də Ləman böyük uğurlar əldə
edməkdədir. Dekorativ-tətbiqi incəsənət sahəsində tarixə nəzər salsaq görərik
ki, qədim zamanlardan insan onu əhatə edən dünyanın gözəlliyinə meyl edirdi. Bu
məqsəd ilə sadə parçalar üzərinə tikili naxışlar və təsvirlər çəkilirdi.
Naxış, bəzək və rəsmlərində məxsus оlduğu xalqın mənəvi aləmi,
yaşayış tərzi bədii – еstеtik görüşləri adət və ənənələri əks оlunur. Ən еrkən
çağlardan əsrlər bоyu xalqların mühüm, bir çоx xalq üçün isə əsas bədii
yaradıcılıq sahəsinə çevrilmişdir. Bu incəsənət növünün əsasını təşkil edən
ornamental kompozisiya çoxəsrlik dövr keçərək zəngin çalarlar və müxtəlif
motivlər əldə etmişdir.
Azərbaycan xalqının zəngin bədii irsinin bir növ göstəricisinə
çevrilmiş kompozisiya elementlərindən olan - ornamentlər nəsldən - nəslə
keçərək yerli sənətkarların əsrlərində yaşamış və günümüzədək gəlib çatmışdır.
Xalq sənətkarının yaradıcılığından fərqli olaraq müasir rəssam öz ideyalarını
həyata keçirməkdə sərbəstdir.
Ləman da yeni əsərlərini yaradarkən material, forma və rənglər
üzərində cəsarətlə təcrübə aparır və çox da gözəl nəticələr əldə edir.
Özünə,
öz işinə çox məsuliyyətlə yanaşan Ləmanın rəssamlıq, geyim dizaynı və dekorativ – tətbiqi incəsənət sahəsində gördüyü bütün işlər onun
bacarıqlı, qabiliyyətli, böyük fantaziyaya malik olduğunu göstərir.
Yaratdıqlarında çox məharətlə Azərbaycan milli mədəniyyəti və Qərb mədəniyyəti
cizgilərinin təmasını əks etdirə bilir.
Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət
Gimnaziyasının XI sinif şagirdi (məzunu) olan
Ləman Aslanova eyni zamanda dərs əlaçısıdır. O, məktəbin ictimai işlərində də
fəal iştirak edir.
“Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması”, “Sualtı
aləm-2009”, “Gül bayramı”, “Mən musiqini çəkirəm”, “Bayrağımız qürur
mənbəyimizdir”, “Norveç uşaqların gözü ilə”, “Əsrin Ziyalıları”, “1 iyun - Uşaqların Beynalxalq
müdafiəsi Günü”, “İstedadlı Uşaqlar Festivalı -2013”, “İslam Dünyasının Uşaqlar
və Urbanizasiya Problemləri”, “Dekorativ tətbiqi sənət”, Holllandiya
Krallığının “İncəsənət Müsabiqəsi”, “Azərbaycan Milli Geyimləri Rəssamların
gözü İlə”, dahi rus şairi, dramaturqu Mixail Yuryevic Lermontovun anadan
olmasının 200 illik yubileyi münasibətilə kecirilmiş Resbuplika müsabiqəsində
“Rəsm” nominasiyasında, “Amerika mənim gozlərim ilə”, “Nar” festivalında,
Moskvada keirilən «Qış nagılı» sərgisində, “Yurdumuza Bahar gəlir”, “Uşaqlar və
müharibə”, “Xocali Soyqırımı” sərgilərində və geyim nümayişlərində iştirak edən Ləman çox böyük naiyiyyətlər
əldə edib.
Onun təhsil aldığı məktəbdə dəfələrlə fərdi rəsm
sərgiləri keçirilib. 70-ə yaxın rəsm əsərləri ölkəmizdə, bir çox xarici
ölkələrdə nümayiş olunub və diplomlarla mükafatlandırılıb.
Diplomları:
1.
2008-ci il - İncəsənət Gimnaziyasında fərdi sərgisi (DİPLOM);
2.
11 mart 2008-ci
il - Dövlət Proqramı çərçivəsində “Xüsusi istedada malik olan uşaqların
potensialının üzə çıxarılması üzrə” keçirilən sərgi (FƏXRİ FƏRMAN);
3.
2009-ci il - Ukraynanın Donetsk səhərində XX
Beynəlxalq Uşaq yaradıcılığı festivalında “Sualtı
aləm-2009” mövzusunda keçirilən tədbir (DİPLOM);
4.
6 may 2009-cu il - “Gül bayramında” Fəal iştirakına
görə” (DİPLOM);
5.
24 may
2009-cu il - Türkiyədə keçirilən “Ortak
Sergi ve Ortak Konser” adlı musabiqə (DİPLOM); (iki əsəri İzmir Anadolu Güzel Sanatlar liseyinde yer
tutur);
6.
30 aprel 2010-cu
il - “Mən musiqini çəkirəm” adlı
rəsm müsabiqəsinin
qalibi (FƏXRI FƏRMAN);
7.
4 may 2010-cu il
- Yasamal rayonu Icra Hakimiyyətinin keçirdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş “Gül bayramının” ən gözəl gül rəsminə görə (DİPLOM);
8.
10 may 2012-ci
il - Umummilli Lider Heydər Əliyevin
89-cu ildönümünə həsr olunmuş sərgidə geyim nümayişində iştirakina görə (DİPLOM);
9.
09 noyabr 2012-ci
il - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dovlət Bayrağı Meydanı
Kompleksi İdarəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və İdman
Nazirliyinin birgə keçirdikləri “Bayrağımız
qürur mənbəyimizdir” rəsm müsabigəsində fəal iştirak etdiyinə görə (SERTIFIKAT);
10. 7 may 2013-cü il - Fərdi sərgidə iştirak (FƏXRI
FƏRMAN);
11. 21 may 2013-cü il - Norveç Respublika qünündə “Norveç uşaqların gözü ilə” müsabiqəsində
iştirak. Norveç səfiri tərəfindən (DİPLOM);
12. 29 may 2013-cü il - “Əsrin Ziyalıları” Xeyriyyə
İctimai Birliyin sədri M. M. Abbasova tərəfindən ölkədən kənarda keçirilən
sərgilər zamanı qalib olduğuna görə ilin ən gənc rəssamı adına laiq
qörülüb (FƏXRİ DİPLOM);
13. 31 may 2013-cü il - “1iyun - Uşaqların Beynalxalq müdafiəsi Günü” münasibəti ilə Gənclər
üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş 1-ci Uşaq Yaradıcılıq
Festivalında fəal iştirak (DİPLOM);
14. 1 iyun 2013-cü il - Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən kecirilən “İstedadlı Uşaqlar Festivalı -2013”. Qazandıgı
uğurlarına görə komitənin sədri Hicran xanım Hüseynova tərəfindən təltif (DİPLOM);
15. 11 noyabr 2013-cü il - Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım
Hüseynova tərəfindən “İslam Dünyasının
Uşaqlar və Urbanizasiya Problemləri” İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatına (İSESKO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin 4
konfransı çərçivəsində nümayiş olunmuş sərgidə fəal iştirak (DİPLOM);
16. 16 dekabr 2013-cü il - Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən kecirilmiş uşaq və gənclərin əl işlərinin respublika
müsabiqəsində “Dekorativ tətbiqi sənət” nominasiyası
üzrə Yaradıcılıq nailətlərinə görə I yer.
Azərbaycan Respublikası Təhsil Nazirliyi cənab Mikayıl Cabbrov tərəfindən
təltif (DİPLOM);
17. Aprel 2014-cü il - Holllandiya Krallığının Kralının doğum günü münasibətilə təşkil
olunan “İncəsənət Müsabiqəsində”
iştirak (SERTİFİKAT);
18. 3 dekabr 2014-cü il - Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdən “Azərbaycan Milli Geyimləri Rəssamların gözü
İlə” Respublika sərgisində iştirak (FƏXRİ
FƏRMAN);
19. 18 dekabr 2014 - ci il - Azərbaycan Milli
Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şaqirdi Ləman
Aslanova, dahi rus şairi, dramaturqu Mixail
Yuryevic Lermontovun anadan olmasının 200 illik yubileyi münasibətilə
kecirilmiş Resbuplika müsabiqəsində “Rəsm” nominasiyası üzrə Azerbaycan
Respublikası Təsil Nazirliyi Yaradıcılıq nailiyyətlərinə görə II-ci yer (DİPLOM);
20. 10 – 14 mart 2015 - ci il – Azərbaycanda kecirilən “Amerika mənim gozlərim ilə” müsabiqəsində
fəal iştirak (DİPLOM);
21. 06 may 2015-ci il – Yasamalı İcra Hakimiyyətinin
təşkil etdiyi Umummilli Lider Heydər
Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Gül bayramı”nda fəal iştirakına
görə (DİPLOM);
22. 18 dekabr 2015 – ci il “Nar” festivalı çərçivəsində keçirilən tədbirdə fəal iştirakına
göre (FƏXRİ FƏRMAN);
23. 2015 – ci il - Moskvada
keirilən «Qış nagılı» sərgisində
feal iştirakina gore (DİPLOM);
24. 7 iyun 2016
–cı il - Azərbaycan Respublikası Təhsil
Nazirliyi Azərbaycan Milli Konservatoriyası Tərkibində İncəsənət Qimnaziyası “Yurdumuza Bahar gəlir” moda
nümayişində uğurla iştirak etdiyinə görə (FƏXRİ
FƏRMAN);
25. 22 fevral 2012-ci il - Xocalı soygırımı-20 “Uşaqlar və müharibə” məktəblilərin
rəsm əsərlərinin sərgisinin qalibi və şəkili Heydər Əliyev fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə Avropaya digər
şəkillərlə birlikdə göndərilmiş və “Uşaqlar
və müharibə”, “Xocali Soyqırımı” Avropa Ensiklopediyasına salınıb;
26. Polşada kecirilən müsabiqənin laureatı adına layiq
qörulüb (DİPLOM);
Üzeir Hacibəyovun 125-illiyinə həsr olunmuş sərgidə iştirak və
jurnalda rəsmi yer tutub.
Ləmanın bir neçə əsərləri Fransa, Cexoslovakiya, Moskva, Ukraina,
Yaponiya və s. ölkələrə göndərilib.
Onun haqqında telekanallarda çəkilişlər, yerli və xarici jurnallarda,
müxtəlif saytlarda məqalələr yazılıb, rəsmləri çap olunub.
Televiziya kanallarında:
1.
Lider Televiziya kanalı. Ləmanı haqqında çəkiliş. 24.05.2016;
2.
ATV Televiziya kanalı. “Yurdumuza
Bahar gəlir!” moda nümayişi.
Saytlarda:
1.
Художница Ляман Асланова, поразившая мир своими
работами - ИНТЕРВЬЮ – ФОТО http://news.day.az/culture/792321.html
2.
Heydər
Əliyevin portretlərini çəkən gənc rəssam: “Arzum Rəssamlıq Akademiyasına qəbul olmaqdır” http://azinforum.az/heyd%C9%99r-%C9%99liyevin-portretl%C9%99rini-c%C9%99k%C9%99n-g%C9%99nc-r%C9%99ssam-arzum-r%C9%99ssamliq-akademiyasina-q%C9%99bul-olmaqdir/
4.
Heydər
Əliyevin portretlərini çəkən gənc rəssam: “Arzum Rəssamlıq Akademiyasına qəbul
olmaqdır” http://diaspora.az/?p=5106
6.
Moda insan cəmiyyətinin maddi və mənəvi həyatının
vacib hissəsidir. http://jia.az/article/58/Moda_insan_c%C9%99miyy%C9%99tinin_maddi_v%C9%99_m%C9%99n%C9%99vi_h%C9%99yat%C4%B1n%C4%B1n_vacib_hiss%C9%99sidir.html
Kitablarda:
1.
Avropa Ensiklopediyası “Uşaqlar və müharibə”,
“Xocali Soyqırımı”;
2.
2012-ci il. - “Üzeyir Hacıbəyovun anadan olmasının
125 illik yubileyinə həsr olunmuş Təfiri və Tətbiqi sənət şöbəsinin
şağirdlərinin əl işlərindən ibarət Kataloq”;
3.
2012-ci il. –
“Azərbaycanın uşaq təsviri sənəti”
Ensiklopediyası;
4.
10.01.2012-ci
il - “Azerbaycanin 100 istedadlı
uşaqları” Ensiklopediyası.
5.
3-6 12.2014
“Azərbaycanın milli geyimləri rəssamların gözü ilə” Kataloq (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Respublika sərgisi,)
Qəzet və
jurnallarda:
1.
Azərbaycan müəllimi qəzeti “İncəsənət Gimnaziyası Milli – mənəvi dəyərlərimizin keşiyində”. 20.02.2016-cı il / №7 http://muallim.edu.az/content/?category=arxiv&issue=07&content_id=39
2.
Azərbaycan müəllimi qəzeti “Arzum Rəssamlıq Akademiyasının tələbəsi olmaqdır” 16.04.2016-cı il/ №14
3.
sentyabr-oktyabr
2009-cu il - Yuva jurnalı;
4.
31 may
2013-cü il - Əsrin ziyalıları
qəzeti;
5.
2009-cu il – Azərbaycan jurnalı (Panorama
Azərbaydjana)
Onun bu nailiyyətlərinin əldə edilməsində Azərbaycan Milli
Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının professor və
müəllim heyəti, əsasən də xalq artisti, professor, bəstəkar, Azərbaycan Milli
Konservatoriyasının rektoru Siyavuş Kərimi, direktor Zəhra Aquli, direktor
müavini, təsviri və tətbiqi incəsənət şöbəsinin rəisi Kəmalə Kərimova, rəsm
müəlliməsi Böyükxanım Dadaşova və moda müəlliməsi Amina Dadaşovanın çox böyük
əməkləri olmuşdur.
Gələcəkdə dahi rəssamların bizə
qoyub getdikləri zəngin sənət nümunələrindən yararlanaraq özünü tapmaq istəyir.
Tanınmış rəssam kimi səsinin nəinki Azərbaycandan, həm də bütün dünyadan
gəlməsini və Azərbaycan bayrağını ən
yüksək zirvələrə yüksəltmək arzusundadır.
Asudə vaxtlarında gəzmək, film seyr etmək, dostlarıyla əylənmək və əlbətdə
ki, rəsm çəkməyi xoşlayır. Rəsmlərində daha çox təbiətə üstünlük verir.
Gələcək planlarında əsas Rəssamlıq Akademiyasının tələbəsi olmaq və
ancaq zirvələrə qalxmaqdır. Hər kəsə sübut etmək istəyir ki, əngəlli (əlil)
olmaq cəmiyyətdən kənara çəkilmək üçün şərt deyil, əksinə cəmiyyətə qarışmaq və
bu cəmiyyətin bir parçası olmaq, ölkəsi və xalqı üçün yararlı bir vətəndaş
olmaq mümkündür.
Ləman Aslanovanın 2010, 2013-2016-cı il tarixlərdə Azərbaycan Milli
Konservatoriyası tərəfindən Azərbaycan Respublikası Təhsil nazirliyinə “Prezident təqaüdü”nə namizədliyi barədə
təqdimat təqdim olunub.
Hazırda “Prezident təqaüdü”nə
namizəddir.
Ləmanın ən böyük arzusu Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmaqdır.
Комментариев нет:
Отправить комментарий