elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 июня 2016 г.

Müslümova Arzu Murtuz qızı

Müslümova Arzu Murtuz qızı 1997-ci il aprelin 2-də  Bakı şəhərində anadan olub. İlk məktəbi Naxçıvan şəhəri  14 saylı məktəb olub. 2014-cü ildə isə Bakı şəhəri 83 sayli məktəb-liseyi bitirib. İndi Azərbaycan Tibb Universitetində təhsil alır.  Arzu sakit , sözəbaxan , ağıllı uşaq olub. Kitabları, musiqini , şeirləri uşaqlıqdan sevirdi. Ona görə də  uşaq vaxtından anası şeir öyrədirdi və balaca Arzu həvəslə şeirləri  əzbərləyirdi. Bəli bilirdi ana nənəsi  Gülsüm İsmixanova Naxçıvanın qabaqcıl Azərbaycan-dili və Ədəbiyyat müəllimlərindən olub.Yazıb oxumağı ondan öyrənib .Arzu yaşının az olmağına baxmayaraq gözəl cümlələr qururdu, aşağı siniflərdən də şeir yazmağa başlamışdır.1-ci sinifdən yaxşı oxuyub, dərslərinə sərbəst çalışıb. Heç  vaxt “dərs oxu “ deyilməyib Arzuya .Arzu dəqiq və təbiət elimlərini sevməsinə baxmayaraq bütün fənnləri yaxşı oxuyub əla qiymətlərlə məktəbi başa vurub. Bir çox inşa müsabiqələrində, Biologiya fənni üzrə olimpiadalarda  “Xəmsə “və bir neçə bilik yarışlarında iştirak edib. Arzunun ən uğurlu günü isə Universitetinə qəbul olduğu gün olub, çünki hədəflərinə yaxınlaşdığını deyir həmin gün .2011-ci ildə məktəblilərin 4-cü intellekt olimpiadasında iştirak edib 3-cü yer qazanaraq sertifkart əldə edib. Eyni zamanda da inşa müsabiqəsində iştirak ederek ikinci yerin qalibi olub diplomla teqdim edilib. 2012-ci il “Heydər Əliyev və müstəqil Azərbaycan”  adlı inşa müsabiqəsində ikinci yerin qalibi olub bu dəfə də diplomla təltif edilib. 2013-cü ildə biologiya fənni üzrə olimpiada qalibi olub şəhər üzrə 1-ci yer Respublika üzrə 4-cü yer qazanaraq diplom və tərifnamə ilə təltif edilib. Eyni zamanda “Heydər Əliyevin 90 illik” yubleyi ilə bağlı inşa müsabiqəsində tərifnamə qazanıb. 2014-cü il ”zamanı qabaqlamış dahi şəxsiyyət”, “müdrik rəhbər və əbədiyaşar lider “ inşa müsabiqəsində rayon üzrə  birinci yer qazanaraq diplom əldə edib . Binəqədi rayon Gənclər və İdman idarəsi  BPKYHİ ilə BŞTİ tərəfindən keçirilən inşa yazı müsabiqəsində 2-ci yer qazanaraq fəxri fərmanla təltif edilib. Valideyinlərimə və üzərimdə əməyi olan müəllimlərimə uğurlarıma görə təşəkkür edirəm .Heç kimə oxşamaq haqqında düşünməmişəm məncə hər kəs özünə məxsus olmalıdır.Uşaqlıqdan xəyalım həmişə hörmət olunan həkim və elm adamı olmaq olub. Məktəbə getdiyim ilk gündən “mən həkim olacam” demişəm səbəbini bilmədən yaranan bu istək arzu sonda məqsədim oldu və bütün həyatımı əhatə edib.Kitab oxumaq və musiqi dinləməyi sevirəm günümün 70% -ni musiqi təşkil edir.8 yaşımdan şeir yazıram nədən yazcağım isə o anki vəziyyətə bağlıdır.Xaricdə ixtisasım üzrə daha mükəmməl almaq istəyirəm. Bu şansı əldə edənədək çalışacam.Müalicəsi olmayan sayısız xəstəlik mövcuddur ən azından bir xəstəliyin çarəsini tapmaq və tarixdə qalmaq istərdim. 2013 –cü ildə çap olunmuş Heydər Əliyev məktəblilərin gözü ilə kitabına inşa müsabiqəsində yazdığım yazı  daxil olunub.Arzulari çox olan Arzunun bütün arzularının real olmasıni arzu edirk.

Комментариев нет:

Отправить комментарий