elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 июня 2016 г.

Rəhimova Afaq Eldar qızı

Rəhimova Afaq Eldar qızı 27.09.2007-ci il Bakı şəhərində anadan olub. Hazırda V. Əvazov adına 300 saylı məktəbin 2 RA sinifində təhsil alır,qeyd edək ki, balaca Afaq rus bölməsinin şagirdidir.Dərslərini əla oxuyan Afaq sinifin əlaçı şagirdidir.Ən sevimli fənnləri riyaziyyat, rus dili və ingilis dilidir.Afaq məktəblərində təşkil olunmuş Novruz bayramına aid tədbirdə fəal iştirak edib, eyni zamandan Afaq məktəblərində təşkil edilən Xocalı Soyqırımına aid tədbirdə fəryad çəkən ananın rolunu ifa etmişdir.Yaşının az olmasına baxmayaraq Afaq oynadığı rollarının öhdəsindən layiqincə gəlmiş, təhsil aldəğı məktəbin müəllim və şagird heyyətinin rəğbətini qazanmışdır.Ən uğurlu günü kimi ilk dəfə məktəbə getdiyi günü düşünən Afaq bunun səbəbini belə açıqlayır böyük və kiçik summativlərdən əla qiymət aldığı üçün eyni zamanda birinci sinifdən aldığı tərifnamə bu sözləri böyük sevinc ilə demeyə əsas verir.Uğurlarına görə xalasına borclu olsada Afaq atasına oxşamaq atası kimi qürur duyulacaq  vətəndaş olmaq istəyir. Gələcəkdə Hüquqşunas olmaq istəyir buna lap kiçik yaşlarından marağı olduğunu deyir.Boş vaxtlarında kitab oxuyur və toxuculuq ilə məşğul olur. “Gələcək planları”  sözünü 9 yaşlı bir qız üçün böyük cümlə olaraq görən Afaq bu suala arzu və məqsədləri olaraq cavab verir  dərslərini  yaxşı oxumaq,  ali təhsil almaq və vətənin xidmətində dayanmaq istəyir. Mövqeyinə çatmaq üçün lazım olduğundan çox çalışacağınını deyen Afaq adını tarixin səifələrinə qızıl həriflərlə yazmaq istəyir. Afaqın valideyinləri də onun çox şən, istedadlı ağıllı və məqsədinə çatan işinin axırınadək gedən bir uşaq olduğunu qeyd edirlər.Kitab oxumağı və rəsm çəkməyi uşaqlıqdan sevən Afaqın qazandığı uğurların bəhrəsini kitablar olduğunu deyirlər.Böyük xalasından məktəbə getmədən yazmagı-oxumağı öyrənib beş yaşından nəyəsə marağı olanda evdəkilərə baxıb oyrənən Afaqın bizdə gələcək həyatında həmişə məqsədli olmağını istərdik.

Комментариев нет:

Отправить комментарий