elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 сентября 2016 г.

İsmayılova Nuray Ramil qızı

 
 
Növbəti qəhrəmanımız Nuray  körpəlikdən çox sakit, sözəbaxan uşaq olub. Ətrafında baş verən bütün hadisə və proseslərə çox diqqətlə nəzər yetirib, müşahidə edərək çoxlu suallar verirdi. Onun 3-4 yaşlarında təsviri incəsənətə, yaradıcılığa çox meylli olduğunu başa düşülürdü. Valideynləri bu istedadı onda inkişaf etdirmək istəyir və hər zaman onun üçün yeni imkanlar axtarırdı. Nurayı bu sahədə irəliləməsində nənəsinin də xüsusi payı var. Erkən yaşlarından bir çox dərnəklərə gedir və özünün maraqları olduğu fəaliyyətlə məşğul olurdu. O, rəsm çəkməyi çox sevirdi, müxtəlif xırda hissəciklərdən (puzzl, konstruktor, LEGO) fiqurlar, oyuncaqlar, rəsmlər yaradırdı. 
Nuray məktəbə gedənə gədər artıq yazmağı və oxumağı bacarırdı. Onun dörd yaşı tamam olarkən məktəbə hazırlıq kurslarına gedirdi. Həm kurslarda müəyyən bilikləri əldə edirdi, həm də evdə valideynləri məşğul olurdu.
İsmayılova Nuray Ramil qızı 2005-ci il martın 7-də Bakı şəhərində doğulub. Nəsimi rayonundakı 23 saylı tam orta məktəbdə orta təhsil pillələrinə ilk qədəmlərini atıb. Hazırda təhsilini həmin məktəbdə davam edir.
Nuray: Dərslərimi əla və yaxşı qiymətlərlə oxuyuram. Ən sevdiyim fənlər isə tarix və rəsm dərsləridir. “Fiziki aktiv olarsan, sağlamlığına təməl qoyarsan” adlı sağlamlıq festivalı, “Sağlam Narkotiksiz həyat seç!” mövzusunda rəsm və inşa müsabiqəsi, “Ümumdünya fiziki aktivlik günü”nə həsr edilmiş sağlamlıq festivalı, “Vətən buradan başlayır” adlı rəsm müsabiqəsində qalıb olduğuma görə müxtəlif diplom, tərifnamə və fəxri fərmanlarla təltif edilmişəm.
Əldə etdiyim nailiyyətlərə görə özümü valideynlərimə və nənəmə borclu hesab edirəm. Onlar məni daim dəstəkləyib, güc verib, inanıb və mənə maraqlı olan fəaliyyətimlə məşğul olmaq üçün hər bir şəraiti qurublar. Məşhur Holland rəssamı Van Goga bənzəmək istərdim. Bu rəssamın çox az sürən yaradıcılıq dövrü ərzində bu gün də insanları heyran edən əsərlər yaratdığına görə ona pərəstiş edirəm.
Məşhur rəssam, modelyer-dizayner olmağı hədəfləmişəm. Xarici ölkədə təhsilimi davam etdirmək fikrindəyəm. Bu sənət haqqında mən ibtidai sinifdə oxuyarkən düşünmüşəm. Buna səbəb müxtəlif müsabiqələrdə bu fəaliyyət üzrə iştirak edərək qalıb olmağım səbəb olub.
Asudə vaxtlarımda kitab oxuyuram, rəsm çəkirəm və çox xoşladığım LEGO konstruktorların köməyi ilə müxtəlif modellər qururam.

Rəsmlərimdə daha çox mənzərə, natürmort və cizgi filmi parçaları çəkməyə daha çox üstünlük verirəm. Yaratdığım əsərlər və dizayn etdiyim müxtəlif yaradıcılıq nümünələri ilə tarixin yaddaşında yaşamaq istərdim. Bunun üçün əlbəttə ki mən öz üzərimdə çox çalışmalıyam, oxumalıyam, dünyagörüşümü artıraraq qarşıma qoyduğum hədəfə çatmalıyam. Mən bilirəm ki, bu çox əziyyətli və keşməkeşli bir yoldur, buna baxmayaraq mən hər gün qarşıma qoyduğum bütün məqsədlərlə hədəfimə addım-addım yaxınlaşdığımı düşünürəm.

Комментариев нет:

Отправить комментарий