Ayla İosif qızı Yevdayeva 2002-ci il mayın 9-da Bakı şəhərində anadan
olub. Ayla körpəlikdə ağıllı, sakit olub. Rəqs etməyi, şəkil çəkməyi, mahnı
oxumağı xoşlayırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bacısı Miriam
kimi Ayla da dərnəklərə gedib.
23 №-li məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən
çox ədəbiyyat riyaziyyat fənlərini sevir. 9 May Qələbə bayramı münasibəti ilə təşkil
olunmuş tədbirdə fəal iştirak edib. Digər tədbirlərdədə fəal iştirak etdiyinə
görə müxtəlif illərdə diplomlar alıb. 2009-ci ildə Uşaqların Beynəlxalq Müdafiəsi
Gününə həsr edilmiş “Mənim qədim şəhərim” rəsm və heykəltəraşlıq, dekorativ, tətbiqi
sənət nümunələri sərgi müsabiqəsinin iştirakçısı olub. Hər dərs ilini əla qiymətlərlə
başa vurduğuna görə diplomla təltif olunub. 2012-ci ildə “Payız blyuzun” idman
və bal rəqsləri müsabiqəsində III yer tutuğu üçün diplom alıb. 2016-cı ildə məktəbdə
“Elmi - texniki tərəqqi” həftəsində fəal iştirakına görə diplomla təltif
olunub. Əldə etdiyi nailiyyətlərinə görə valideynlərinə və müəllimələrinə
borclu olduğunu deyir. Ayla ağlı və bacarığı sayəsində layiq olduğu zirvəyə
yüksəlmək istəyir. Gələcəkdə memar olmaq arzusundadır. O, özündəki yaradıcılıq qabiliyyətini
bu sahəyə yönəltmək istəyir. Düşünür ki, bu sənətdə özünü göstərə bilər.
Asudə vaxtalarında yemək hazırlamağı, idmanla məşğul olmağı, kitab
oxumağı xoşlayır. Ayla şeir yazır, şəkil çəkir, pianoda çalır. O, peyzaj,
natürmot çəkməyi sevir. Ən böyük istəyi xaricdə ali təhsil almaqdır. Tarixin
yaddaşında öz əməyi ilə əldə etdiyi nailiyyətlərlə qalmaq, vətənə layiqli övlad
olmaq istəyir.
Biz də redaksiyamız adından ona nailiyyətlər, yüksək zirvələrə
çatmasını arzu edirik. Uğurların bol olsun, Ayla.
Комментариев нет:
Отправить комментарий