Miriam körpəlikdə
ağıllı, sakit uşaq olub. Pianoda çalmağı, şəkil çəkməyi, rəqs etməyi sevirdi. Məktəbə
gedənə qədər atasının köməyilə yazıb-oxumağı öyrənmişdi.
Yevdayeva Miriam
İosif qızı 2005-ci ildə dekabrın 13-də İzrailin Xadera şəhərində anadan
olmuşdur. İlk təhsilini Bakı şəhərindəki 23 saylı orta məktəbdə almağa başlayıb.
Hazırda həmin məktəbdə təhsilini davam etirir.
Miriam: Dərslərimi
əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənnlər rus dili, ingilis dílí,
riyaziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə, bayramlarda fəal iştirak
etmişəm. Tədbirlərdə mən şeirlər də demişəm, müxtəlif səhnəciklərdə rollar
almışam. Xocalıya aid tədbirlərdə şeir demişəm. İdman yarışlarında iştirak
etmişəm komandanın kapitanı olmuşam. “Zoluşka” və 12 ay səhnəciyində iştirak
etmişəm. 8 Mart Beynəlxalq Qadınlar Günündə təşkil olunmuş “A nu ka
devoçki" yarışında I yeri tutduğum gün yadımdan çıxmaz.
Çoxlu diplomlar
almışam. 2012-ci ildə bal rəqsinə görə I yeri tutmuşam. 2013-cü ildə məktəbəddə
riyaziyyat üzrə təqdim etdiyim layihəyə görə minnətdarlıq məktubu, 2014-cü ildə
keçirilən layihələrdə, “Bakıım - mənim doğma diyarım” müsabiqəsində fəal iştirakıma
görə sertifkatla təltif olunmuşam.
Əldə etdiyim
uğur və nailiyyətlərimə görə valideynlərim və müəllimələrimə minətarığımı
bildirirəm. Gələcəkdə modelyer-dizayner olub insanları gözəlləşdirmək niyyətindəyəm.
Coco Şanelə oxşamaq, fəliyyətimdən dolayı ən yüksək zirvəyə ucalmaq istəyirəm.
Asudə vaxtlarmda
rəsm çəkirəm, kitab oxuyuram, üzgüçülüklə məşqul oluram, rəqs edirəm,
doslarımla vaxtını keçirməyi xoşlayıram. Pianoda ifa etməyi çox sevirəm.
Dərslərimi əla
qiymətlərlə bitirib xaricdə ali təhsil almaq istəyirəm. Böyük nailiyyətlər əldə
edərək tarixin yaddaşında əbədi olaraq qalmaq ən böyük arzumdur.
Biz də sənə gələcək
pılanlarında nailiyyətlər arzu edirik. Uğurların bol olsun Miriam!
Комментариев нет:
Отправить комментарий