Həsənzadə Cəmilə Erkin qızı 11 noyabr 2005-ci ildə Rusiya
Federasiyasının Moskva şəhərində anadan olmuşdur. O, ailənin ilk övladıdır. Hələ
uşaq vaxtından çox aktiv uşaq olan Cəmilə artıq on aylıq olanda yeriməyə
başlayıb və ətrafa reaksiya verərək danışmağa çalışıb. Şən və hazırcavab olan
balaca qız öz yaşıdlarından hər zaman seçilib və bir az da dəcəl olub.
8 yaşından rəqslə məşğul olur. Artıq 5 ildir ki, rəqslə məşğuldur və
rəqs qrupundakı qızlarla birgə böyük uğurlar əldə etmişdir. Üzvü olduğu
“Nejnost” rəqs qrupu Rusiyanın “Mir” telekanalında çəkilişdə olub. Bundan əlavə
H. Z. Tağıyevin ev muzeyində, R. Behbudov adına Mahnı Teatrında, M. Maqamayev
adına sarayda və S. Vurğun adına Rus Dram Teatrında keçirilən müxtəlif tədbir və
proqramlarda rəqs çıxışları olub. Tədbrilərdə iştirakına görə fəxri fərman, diplomlarla
təltif olunmuşdur.
Cəmilə asudə vaxtlarında kitab oxumağı xoşlayır. Ən çox rus dilində
nağıllar oxuyur. Ümumiyyətlə, ədəbiyyati çox sevir, evdəki zəngin kitabxana ilə
tanışdır və uşaq ədəbiyyatını xüsusi həvəslə oxuyur.
Valideynləri çalışırlar ki, Cəmilə vətənə, ailəsinə layiqli, xeyirxah
bir insan kimi böyüsün.
258 №-li tam orta məktəbdə təhsil alır. Məktəbə getdikdən sonra dərslərinə
böyük maraqla və səylə yanaşır. Cəmilə dərslərini yaxşı oxuyur. İbtidai sinif
müəllimi Mahmudova Münəvvər xanımı çox sevir. Çünki Cəmiləyə həm məktəbi, həm dərslərini
çox sevdirib. Ən sevdiyi fənlər riyyaziyyat, rus dili, ədəbiyyat və tarix olsa
da, tədris olunan hər bir fənni yaxşı oxuyur. Dərslərini yaxşı oxuması ilə fərqləndiyi
kimi, məktəb tədbirlərində də fəal iştirakı ilə seçilir. Müxtəlif tədbirlərdə
mövzuya uyğun şeirlər söyləyib. Cəmilə əldə etdiyi uğurlara görə özünü müəllimlərinə,
valideynlərinə və nənəsi Zərəngiz xanıma borclu bilir. Cəmilə müsahibə zamanı
qeyd etdi ki, onun vətənpərvər ruhda böyüməsində məhz nənəsinin rolu böyükdür.
Gələcəkdə uşaq həkimi olmaq arzusunda olan Cəmilənin hədəfi seçəcəyi
sahəni ən mükkəməl şəkildə mənimsəyib, cəmiyyətin lazımlı bir fərdi olmaqdır.
O, tarixin yaddaşına vətəninə, millətimə faydalı olan bir insan kimi düşmək istəyir.
Комментариев нет:
Отправить комментарий