elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 сентября 2016 г.

Tarıverdiyev Cavad Vahid

Tarıverdiyev Cavad Vahid  oğlu 2004-cü il yanvarın 30-da Bakı şəhərində anadan olub.  Cavad körpəlikdə çox aktiv, hər şeylə maraqlanan uşaq olub.  Çoxlu oyunlar oynamağı sevib. Ən çox xoşladığı məşğuliyyət konstruktor quraşdırmaq olub. Çox tez danışmağa başladığından həmişə çoxlu suallar verib, eyni zamanda hamı ilə çox tez ünsiyyət yaratmağı bacarıb.
Məktəbə gedənə qədər həm yazmağı, həm oxumağı bacarıb. Çoxlu şeirlər əzbərləyib.
Birinci sinfə Bakı şəhərində yerləşən 189-190 saylı məktəbdə gedib. 
Dərs əlaçısıdır. Bütün fənnləri yaxşı oxuyur. 
Sinif yoldaşları ilə birgə təşkil edilmiş bütün bayramlarda fəal iştirak edir. 
Cavad əldə etdiyi uğurlara görə müəllimlərinə və valideynlərinə borcludur. Onun gərəkli vətəndaş kimi yetişməsində sinif rəhbəri Fəridə xanım Babayevanın da əməyi danılmazdı. 
Valideynləri də ona gələcəkdə hər hansı bir mövqe tutmaq üçün daim yaxşı oxumaq lazım olduğunu söyləyərək, cəmiyyət üçün gərəkli vətəndaş olmasını istəyirlər. 
Asudə vaxtlarında kitab oxuyur, musiqiylə məşğul olur. Cavad eyni zamanda da Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Məktəb-studiyada  Bahadur müəllimdən musiqi dərsləri alır. 
Azərbaycanın tarixi keşmişinə bağlı olan Cavad inanır ki, Şah İsmayıl Xətai, Babək, Koroğlu, Qaçaq Nəbi, Mübariz kimi qəhrəmanlar yetişdirən Azərbaycan xalqı öz zəfər bayrağını Qarabağdan asacaq. Ermənilər tərəfindən işğal olunan bütün torpaqlarımız azad olunacaq.
Cavad dərk edir ki, onun  üzərinə düşən ən birinci vəzifə yaxşı oxumaqdır. Vətəninə, ailəsinə, valideynlərinə layiqli oğul, hər zaman xalqının keşiyində duran cəsur əsgər, peşəsindən asılı olmayaraq hər hansı bir sahədə yaxşı bir mütəxəssis, ədalətli olan və yalnız insanlara kömək edən bir şəxsiyyət kimi tarixin yaddaşlarında qalmaq istəyir.
Gələcək həyatında uğurlar sənə Cavad!

Комментариев нет:

Отправить комментарий