elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 сентября 2016 г.

İsayev Hüseyn Vasif oğlu

Hüseyn hələ yaşı az olandan istedadlı uşaq olduğunu, yaşıdlarından fərqləndiyini hərəkətləri, davranışları, hadisələrə reaksiyası ilə biruzə verib.O, 4-5 yaşlarından öz təşəbbüsü və anasının köməyi ilə yazıb-oxumağı  öyrənmişdi. Hətta avtomobillə yolda sürətlə hərəkət etdikdə belə cəld bir şəkildə yol kənarındakı yazıları oxumağı bacarırdı.Əlbəttə hələ məktəbə getməyən azyaşlı bir uşaq üçün bu, böyük nailiyyətdir. Hüseyn uşaqlıqda sakit təbiətli, mehriban, yüksək intellektual səviyyəyə sahib, əlavə məlumatlarla maraqlanan bir uşaq olmuşdur. Sevimli məşğuliyyətləri ensiklopediyalar, xarici və yerli uşaq ədəbiyyatları oxumaq, pazlla oynamaq, konstruktordan evlər düzəltmək (bu oyunu çox sevdiyinə görə valideynləri onun nə vaxtsa hətta inşaat mühəndisi olacağını düşünmüşlər), futbol oynamaq olub. Valideynləri hesab edir ki,Hüseynin əsas istedadı onun zəkasıdır, təhsildəki uğurlarıdır və  o gələcəkdə də əgər hər hansı bir zirvəyə qalxsa, bu, onun biliyinin, savadının sayəsində olacaq. Təhsilə maraq isə onda elə birinci sinifdən yaranmışdı. Hüseyn ziyalı ailəsində böyüdüyündən bu marağı onda yaratmağa heç ehtiyac da yox idi. O artıq kiçik yaşlarından bunu dərk etmişdi və ailənin digər üzvləri də bu yolda ona daima dəstək olurlar.
Hazırda Elitar Gimnaziyada təhsil alan Hüseyn dərslərini əla qiymətlərlə oxuyur və  həmişə əlaçı olmuşdur.Bununla yanaşı o təhsil aldığı tədris müəssisələrində təşkil olunan tədbirlərdə hər zaman böyük fəallıqla iştirak etmişdir. Kiçik yaşlarından bağça tədbirlərində həmişə baş rollarda iştirak etmişdir. Məsələn, tədbirlərin birində  şah obrazını canlandırmışdır. Məktəbdə də bir sıra tədbirlərdə iştirak etmiş, rəqs etmiş  və  tamaşada Xosrov şahı canlandırmışdır.

Hüseyn həm də cüdo ilə məşğul olur.Çoxtərəfli istedadı olan qəhrəmanımız idmanda da çoxlu nailiyyətlər əldə etmişdir. Karate üzrə göy kəməri əldə etdiyi günü həyatının ən uğurlu günü hesab edir. Ondan sonra bir sıra uğurlar qazanmasına  baxmayaraq, bu onun  ilk uğuru olduğundan və tamamən fərqli hislər yaşadığından həmin günü unudulmaz hesab edir. Yaşının az olmasına baxmayaraq müasir dövrün tələblərini düzgün qiymətləndirməyi bacaran istedadımız gələcəkdə proqramçı olmaq arzusundadır. Özünün dili ilə desək “Bu sahə haqqında öyrəndikdən sonra bu fikrə düşdüm. Çünki hazırki dövrdə texnologiyalar durmadan inkişaf edir və cəmiyyətin bizdən bunu tələb edir.”

Комментариев нет:

Отправить комментарий