Gənc və istedadlı şahmatçı Zeynalova Aylin Kamran qızı 7 may 2007-ci
ildə Bakı şəhərində anadan olub. Hazırda 6 saylıi məktəb-liseyin IV sinif
şagirdi olan Aylin 3 ildir ki, ardıcıl əlaçıdır və ən sevimli fənni
riyaziyyatdır. Bir çox tədbirlərdə, bayramlarda fəal iştirak edən Aylin həmişə
ön sıralarda olmağı sevdiyini, buna da müəfəqiyyətlə nail olduğunu deyir. Ən
uğurlu günü doğum gününü hesab edir.
Aylin şahmat sahəsində olan birinciliyinə görə diplomlarla təltif
edilib. Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə həsr olunmuş təsnifat turnirində I yeri tutduğu üçün diplomla
təltif edilib. ”Yay kuboku “ təsnifat turnirində qizlar arasında I yeri
tutduğuna görə daha bir diplom əldə edib, eyni zamanda Novruz bayramına həsr
olunmuş tədbirdə II yeri tutduğuna görə fəxri fərman əldə edib. Aylin şahmatla
yanaşı rəsm çəkmək bacarıqlarına görə də Baku Modern Art Gallery Club tərəfindən
“Qış sürprizləri” layihəsində qış obrazının hazırlanması və nümayişində
iştirakına görə diplomla təltif edilib. Toyota şirkəti tərəfindən verilən
diplomları da Aylinin uğurlarına uğur qatıb.
Əldə etdiyi naliyyətlərə görə ilk növbədə valideynlərinə və daha
sonra isə müəllimlərinə minnətdardı. Şahmat fəaliyyəti ilə Macarıstandan olan
Polgar bacılarına oxşamaq istədiyini deyir, amma nədənsə ona ən yaxın gələn
Jofidir. Hədəfi şahmatda əldə etdiyi uğurları ilə qroysmester dərəcəsinə
çatmaqdır.
Gələcəkdə memar olmaq istəyir. Aylin rəsm çəkməyi çox sevir və inanır
ki, bu işin də öhdəsindən gələcək. Asudə vaxtlarında kitab oxuyur və şəkil çəkir,
heyvanlar və təbiət mövzusunda rəsmlər çəkməyə daha çox üstünlük verir.
Gələcək planlarına IV sinfi əlaçı kimi başa vurmaq, şahmat sahəsində
yüksək pillələrə qalxmaq, ingilis, fransız, ispan dillərini öyrənmək daxildir.
Aylinin əsas məqsədi tarixin yaddaşında istedadlı bir insan kimi qalmaq və ailəsinin
onunla fəxr etməsidir.
Valideynləri Aylin haqında deyirlər ki, özü özünün müəllimi olub. Hər
şeyi özü öyrənmək istəyib. Heç vaxt heç kimi incitməyib. 4 yaşında ingilis dili
və bədii gimnastika ilə məşğul olub. Aylin üçün hər sahə maraqlıdır. 7 yaşında
şahmatla məşğul olmağa başlasa da son 2 ildə bu işlə peşəkar məşğuldur. Dünyaca
məhşur oyunşulara baxıb anasına onlar kimi şahmatçı olmaq istədiyini deyirdi.
Комментариев нет:
Отправить комментарий