Umudlu Turqut Rafiq oğlu 2005-ci il martın 30-da Kürdəmir rayonu Şıxımlı kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhərindəki Səttar Bəhlulzadə
adına Xarici Dillər Təmayüllü Gimnaziyada almışdır. Dərslərini əla qiymətlərlə oxuyur.
Tədris edilən bütün fənləri yüksək səviyyədə oxusa da ərəb dili, tarix, riyaziyyat
fənlərinə xüsusi sevgisi var. Süleyman Sani Axundovla bağlı keçirilən tədbirdə
aparıcı olub, eyni zamanda “Qaraca qız” nağıl-tamaşasında rol alıb.
Turqut: Həyatımda
yaddaqalan günüm fəxri fərman aldığım günlər və idmanda medal aldığım gün olub.
V sinifə kimi hər il əla oxuduğuma görə fəxri fərman almışam. “Qaraca qız”
nağılında aparıcılığa görə fəxri fərman almışam.
Güləşdə iki dəfə
I, bir dəfə də III yerə görə diplom almışam. Uğurlarıma görə valideynlərimə
borcluyam. İdmanda Rəsul Cunayevə bənzəmək, Avropa, dünya çempionu olmaq istəyirəm.
Gələcəkdə hüquq mühafizə sistemində çalışmaq istəyirəm.
Asudə
vaxtlarımda futbol oynamağı xoşlayıram.
Gələcək
planlarım orta təhsili əla qiymətlərlə başa vurub, ali məktəbə daxil olmaq və
bunula yanaşı idmanla məşğul olmaq.Ttarixin yaddaşında qalmaq üçün idmanda uğur
qazanıb bayrağımızı ucaltmaq istəyirəm. Redaksiya adınan sənə həyat yollarında
uğur və nailiyyətlər arzu edirik.
Комментариев нет:
Отправить комментарий