Azərbaycan istedadlar diyarıdır. Belə yeniyetmə
istedadlarımızdan biri də Hüseynzadə Cavid İbrahım oğludur. Cavid 4 mart
2006-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. Valideynləri deyir ki, Cavid
körpəlikdə çox sakit, ağıllı, öz aləmində oynayan, gülən, ətraf aləmlə işi
olmayan bir uşaq olub. Cavid dörd-beş yaşlarında rəngli karandaşlarla rəsm çəkməyi
və rəngləməyi çox xoşlayırdı. Ən sevdiyi məşğuliyyəti isə ev işlərində anasına
kömək etməsi idi.
Cavid məktəbə gedənə qədər yazıb-oxumağı uşaq
bağçasında öyrənmişdi. Bacarıqlı Cavid hələ 5 yaşında hərfləri tanıyır, yazıb-oxumağa
başlamışdı. İdmana, rəsmə marağı olan balaca Cavid dərnəklərə gedir və özünün
bu sahələrdə də çox yaxşı qabiliyyəti olduğunu göstərirdi.
Cavid I sinfə 49 saylı məktəb-liseyə gedib.
Hazırda təhsilini 203 saylı orta məktəbdə davam etdirir. Dərslərini əla qiymətlərlə
oxuyur, ən sevdiyi fənlər riyaziyyat və xarici dillərdir. Cavid məktəbdə
keçirilən bütün tədbirlərdə fəal iştirak edir, aparıcı olmaqla bərabər müxtəlif
rollarda çıxış edir. O, sinfi bitirərkən diplomlar aldığı günü ən uğurlu gün
hesab edir. Cavid bir çox diplomlarla təltif edilib. Şəkli məktəbin şərəf lövhəsini
bəzəyir.
Cavid əldə etdiyi uğur və nailiyyətlərə görə
valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
Bu yolda ona dayaq olan, zəhmətini çəkən müəllimi Çiçək xanıma oxşamaq istəyir.
Cavid fəaliyyəti ilə bağlı ən yüksək zirvəyə
qalxmaq arzusundadır. O, gələcəkdə savadlı, dürüst və vicdanlı bir hüquqşünas
olmaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, rəsmlər çəkir. Rəssamlıqla
məşğul olduğu üçün çəkdiyi şəkillərdə qəhrəmanların obrazına, təbiət mənzərələrinə
üstünlük verir.
Cavid gələcəkdə əla qiymətlərlə oxumağı, ictimai
işlərdə fəal iştirak etməyi, öz qabiliyyəti, zəhməti ilə uğurlar qazanmağı
planlaşdırır. Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün vətənini layiqincə
təmsil edib onların hüquqlarını müdafiə etməli və necə gözəl vətəni olduğunu
tarixin səhifələrinə qızıl hərflərlə yazdırmaq niyyətindədir.
Arzusu, məqsədi böyük olan Cavida biz də uğur
arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий