elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 марта 2015 г.

Aybəniz Elşad qızı Məmmədova

 
XXI əsrin uşaqları öz dünyagörüşü ilə əvvəlki nəsillərdən fərqlənir. Belə gənclərimizdən biri də Aybənizdir. Aybəniz körpəlikdə aktiv, hər şeylə maraqlanan uşaq olmuşdur. Rəsm çəkməyi, rəqs etməyi, şeir və nağıllar öyrənməyi xoşlamışdır. Hind filmlərinə baxmağa marağı olmuşdur. Məktəbə gedənə qədər yazıb-oxumağı müxtəlif şeirləri bilirdi. Bağçada müəllimləri tərəfindən öyrədilmişdir.3 yaşından rəqs etməyi xoşlamışdır. Bağçada tədbirlərdə rəqs etmiş və bu onda rəqsə qarşı maraq yaratmışdır.
Aybəniz Elşad qızı Məmmədova 24 yanvar 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə 190 saylı orta məktəbin I sinfinə daxil olub. Hazırda həmin məktəbin VI sinfində oxuyur.
Dərslərini əla oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, ədəbiyyat, tarix və ingilis dilidir. Məktəb tədbirlərində və şənliklərində iştirak edir.
Bundan əlavə rəqs məktəbinin tədbirlərində də çıxış edib. Azərbaycan və hind rəqslərini ifa edir. Dərslərdə fəal iştirak etdiyi üçün fəxri fərmanla təltif olunmuşdur. Aybənizə həyatda birinci növbəli dəstəyi ailəsi verir, onlar hər zaman onun uğura imza atması üçün ələrindən gələni eləyirlər. Aybəniz gələcək fəaliyyətində bacısına bənzəmək arzusundadır.
Məşhur bir həkim olub xalqına xidmət etmək və baş həkim vəzifəsinə yüksəlmək istəyir.  Bu fikrə I sinfə getdiyi zamandan  gəlib. Xalqına yararlı işlə məşğul olmaq onun ülvi arzusudur. Tibb Universitetinə daxil olub, oranı müvəffəqiyyətlə bitirib xalqına layiqli həkim olmaq, tibb sahəsində yeni ixtiralar etmək istəyir.
Qəhrəmanımız boş vaxtlarında daha çox rəqslə məşğul olur. Hind rəqslərini öyrənməyə üstünlük verir. Aybəniz rəsm çəkməyi də çox sevir. Çəkdiyi rəsm “Sonbeşik” jurnalında dərc olunub. I sinfə getdikdə “Cəmiyyət” qəzetində “Əlvida bağça, salam məktəb” başlığı altında yazı dərc olunmuşdur. Məktəbdə
Bir sozlə Aybəniz bu qabiliyyəti, bacarığı ilə həm ailəsinin, həm ona dərs deyən, dəstək olan müəllimlərin fəxrinə çevrilib.

Biz də gələcək həyatinda Aybənizə uğurlar arzu edirik!

Комментариев нет:

Отправить комментарий