Hacıyev Mətin Namiq oğlu 12 fevral 2003-cü ildə Bakı şəhərində
doğulub. Körpəlikdə çox nadinc uşaq olan Mətin heyvanlar haqqında çəkilən sənədli filmlərə baxmağı çox sevirdi. Məktəbə
qədər yazıb-oxumağı valideynləri tərəfindən öyrədilmişdi.
Birinci sinfə
258 nömrəli məktəbdə başlayıb və hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir.
Bütün dərslərini əla oxuyur və ən sevdiyi fənn coğrafiya,
Azərbaycan dili, riyaziyyat, tarix və fizika
fənnidir.
Məktəbdə keçirilən
tədbirlərdə, bayram şənliklərində fəal iştirak edib. Fənn
olimpiadalarında uğur qazanmışdır. Belə ki;
2012-ci il - riyaziyyat fənni üzrə III yer,
2013-cü il - riyaziyyat fənni üzrə II yer,
2013-cü il - Azərbaycan dili fənni üzrə I yer,
2014-cü il - coğrafiya fənni üzrə I yerləri tutmışdur.
Qazandığı uğurlara görə hər bir uğur qazanan şagird
kimi Mətin də müəllimlərinə və valideynlərinə
borcludur.
Gələcəkdə mühəndis olmaq arzusunda olan Mətin, dərslərini yaxşı
oxuyub, uca zirvələr fəth etmək istəyir. O, bu fikirə atası ilə əyani şəkildə
tikinti bölgəsini səyahət etdikdən sonra gəlib.
Mətin asudə vaxtlarında dünyada baş verən maraqlı məlumatları
oxumağa üstünlük verir.
Onun ən böyük gələcəkdə orta məktəbi əla qiymətlərlə
başa vurub, hansısa bir Avropa ölkəsində təhsil almaqdır.
Vətənimiz Azərbaycanı
çox sevən Mətin doğma diyarında elə bir göydələn ucaltmaq istəyir ki, bu göydələnin
dünyada heç bir bənzəri olmasın.
Комментариев нет:
Отправить комментарий