elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 марта 2015 г.

Gələcəyin qrossmeysteri

Feyziyev Mirmusa Cavid oğlu. Bu adı sevimli nəvəsinə babası qoyub. Mirmusa 2004-cü il yanvarın 15-də İmişli rayonunun Çahar kəndində dünyaya gəlmişdir. İlk təhsilini Bakı şəhərindəki 240 saylı orta məktəbdə almağa başlayan Mirmusa hazırda həmin məktəbin V sinfində oxuyur. Valideynləri Mirmusanın körpəlikdən sakit, şirin və ağıllı uşaq olduğunu deyirlər. Oyuncaqlarla və heyvanlarla oynamağı xoşlayan uşaq olub.
Mirmusa məktəbə gedəndə artıq yazıb-oxumağı bilirmiş. Yazıb-oxumağı  Mirmusaya anası öyrədib. İndi dərs əlaçısı olan Mirmusanın şəkli məktəbin şərəf guşəsində, əlaçılar sırasındadır. Texniki fənlərə, xüsusən riyaziyyata daha çox maraq göstərir. Məktəbdaxili tədbirlərdə fəal iştirak edir, bayram şənliklərində rollar ifa edir. Boş vaxtlarında gəzməyi və həyətdə dostları ilə futbol oynamağı xoşlayır.
Mirmusa dərs əlaçısı olmaqla yanaşı, həm də şahmatçıdır. Şahmata marağını valideynləri, Mirmusa hələ 4 yaşında olarkən üzə çıxarıblar. 5 yaşından atası Cavid bəy Mirmusaya şahmatı öyrətməyə başlayır. Bir müddət sonra Mirmusanın şahmata marağının böyük olduğunu görən valideynləri onu şahmat məktəbinə yazdırırlar. Mirmusanın bu marağı elə-belə deyildi, ona görə də o, qısa müddət ərzində ardıcıl uğurlar qazanır. Bu balaca şahmatçı artıq yarışlarda iştirak etməyə, müxtəlif diplom, medal və kuboklar qazanmağa başlayır.
Mirmusanın ilk uğuru 2012-ci il yanvarın 12-də Həmrəylik günü ilə bağlı keçirilən 8 yaşadək şahmatçılar arasında IV dərəcə almaq uğrunda yarışla başlayıb. O, bu yarışda I yerin sahibi olub. Daha sonra III və II dərəcə normalarını 1 il ərzində yerinə yetirmişdir. 2013-ci il mayın 9-da Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Beynəlxalq şahmat festifalında I yerə layiq görülmüşdür və I dərəcə normasını yerinə yetirmişdir. Mirmusanın daha bir uğuru 2013-cü ilin avqust ayında olmuşdur. Belə ki, o, 18-24 avqust 2013-cü il tarixində Türkiyənin Bitlis şəhərində keçirilən BİTLİS OPEN-2013 Beynəlxalq şahmat turnirində 9 yaşadək oğlanlar arasında çempion olmuşdur. 2013 və 2014-cü illər ərzində bir çox respublika turnirlərində mükafatlara layiq görülmüşdür. Şahmatı çox sevən Mirmusa 6-14 sentyabr 2014-cü il tarixində keçirilən BAKU OPEN-2014 Beynəlxalq şahmat festivalında II yerə layiq görülmüşdür.
2014-cü ilin oktyabr ayında TƏHSİL RİM-nin Azərbaycan çempionatının yarımfinal mərhələsində I yeri tutaraq finala vəsiqə qazanmışdır.
18-29 oktyabr 2014-cü il tarixində Avropa çempionatında uğurla çıxış edərək sertifikata layiq görülmüşdür.
10 noyabr 2014-cü il tarixində isə Quba şəhərində keçirilən TƏHSİL RİM-in Azərbaycan çempionatının qalibi olmuşdur və  6-15 may 2015-ci il tarixində Tailandda keçiriləcək məktəblilərin dünya çempionatına vəsiqə qazanmışdır.
Ardıcıl hazırlıqlar nəticəsində Mirmusanın uğurları davamlıdır. 10-8 fevral 2015-ci il tarixində İran İslam Respublikasının Rəşt şəhərində keçirilən 13-cü Beynəlxalq Xəzər Kuboku turnirində B qrupu üzrə (böyüklər arasında 2100 beynəlxalq reytinq) çox yüksək nəticə göstərərək 9 oyundan 7 qələbə qazanaraq 180 nəfər zəka sahibi arasında VI pillədə qərarlaşmışdır. Bununla yanaşı beynəlxalq reytinqini 137 vahid artırmışdır.


Mirmusa əldə etdiyi bu uğurlara görə valideynlərinə və onu öyrədən müəllimlərinə borclu olduğunu deyir. O, qrossmeyster Şəhriyar Məmmədyarovun üslubunu daha çox bəyənir. Balaca şahmatçımız deyir ki, hər bir yaxşı şahmatçı özü kimi oynamağı daha çox xoşlayır. Mirmusanın gözəl arzuları var - qrossmeyster olmaq və şahmat tacını Azərbaycana gətirmək, dövlətimizin bayrağını yüksəklərə qaldırmaq, vətənimizin adını daim uca tutmaq. Biz Mirmusanın bu arzulara nail olacağına inanırıq. Mirmusaya uğurlarının davamlı olmasını, məqsədinə çatmasını arzulayırıq.

Комментариев нет:

Отправить комментарий