elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 марта 2015 г.

İmanova Fidan Ramil qızı

İmanova Fidan Ramil qızı 2006-cı ilin martın 18-də Bakı şəhərində anadan olub. 2012-ci ildə  102 saylı tam orta məktəbə gedib. Hazırda həmin məktəbin III sinfində oxuyur. Bütün dərslərini əla oxuyan Fidanın sevmədiyi fənn yoxdu. Riyaziyyatın düşündürücü  misal və məsələlərini, Azərbaycan dilinin maraqlı mövzularını, oxu dərsində keçilən hekayə və şeirləri eyni həvəslə oxuyur.
Fidan körpəlikdə çox sakit və mülayim uşaq olub. 4 yaşında danışmağa başlayıb. Gec danışmasına baxmayaraq çox səlist və qüsursuz danışıb. 5 yaşı olarkən artıq hərfləri və rəqəmləri  tanıyırdı. Sərbəst oxuyub, yazırdı. Böyüklərin belə yadda saxlamaqda çətinlik çəkdiyi şeirləri əzbərləyirdi. C. Cabbarlının  “Ana”, B. Vahabzadənin “Həyat sən nə şirinsən” şeirlərini, Azərbaycan dövlət himnini əzbər bilirdi. Bayrağımızın rənglərində olan mənaları izah edirdi. Kitabdan oxuduğu hər hansı bir yazını ifadəli şəkildə ifadə etməyi bacarırdı hələ məktəb yaşına çatmamış. Onun bu cür gözəl nitqə və yaddaşa sahib olmasında nənəsi Səadət xanımın danışdığı nağılların payı var.
Sinifdə və məktəbdə təşkil olunan müxləlif mövzulu tədbirlərdə fəal iştirak edib. Əlifba bayramında, Müstəqillik günündə, Yeni il, 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə, Novruz bayramında maraqlı şeir və hekayələr hazırlayaraq çıxış edib. Əlifba bayramında “2” rəqəmi, Yeni ildə Qar dənəsi, Novruz bayramında Bahar qız rolunda çıxış etmişdir.
Fidanın hərtərəfli inkişafında valideynlərinin və müəllimi Dilşad Şeyxzadənin böyük rolu var. Yaşı az olsa da o həyatı dərk etməyə çalışır və uğur qazanmağın ən qısa yolunun elm toplamaq olduğunu bilir.
Gələcəkdə respublika səviyyəli tədbirlərdə iştirak etmək və ən sonda ölkəsini dünyada tanıtmaq, dünya şöhrətli həkim olmaq arzusundadı. Elə körpəlikdən bacısıyla oynayarkən də gəlinciklərin həkimi olub balaca Fidan.
Asudə vaxtlarında nağıl, internetdən tanınmış şəxsiyyətlər haqda məlumatlar oxumağı, misal həll etməyi, şəkil çəkməyi və balaca bacı-qardaşıyla oyunlar oynamağı sevir.

Gələcəkdə xalqına, millətinə xidmət edən savadlı bir həkim olmaq arzusuyla Fidan doğmalarının sevimlisidi. İnşallah gələcəkdə də universitetə qəbul olub, oxuyub, həkim kimi fəaliyyət göstərib hər kəsin sevimlisinə çevriləcək.

4 комментария: