elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 марта 2015 г.

Zalov Toğrul

Toğrul lap körpəlikdən həssas və səmimi uşaq olub. Şəkilli kitablara baxmağı, cizgi filmi seyr etməyi xoşlayırdı. Hələ 3 yaşında sərbəst şəkildə kompyüterdə uşaq oyunları oynayır və cizgi filmlərinə baxırdı. Çox maraqlı cəhətlərindən biri həzin musiqilərə qulaq asanda kövrəlməsi, hətta bəzən ağlaması idi.
Məktəbə gedənə qədər hərflərin çoxunu tanıyırdı. Toğrula bunları uşaq bağçasındakı tərbiyəçilər və anası öyrətmişdi.
Ədəbiyyata qarşı xüsusi marağı var Toğrulun. Yaşını nəzərə alsaq, bədii nümunələrə aid mühakimə yürütməsi çoxlarının diqqətini çəkir. Sözə marağı genetik olaraq ailədən gəlir. Əmisi Əlirza Xələfli şair-publisist kimi həmişə ailə məclislərində dərin məzmunlu söhbətləri ilə Toğrulun diqqətini cəlb edib.
Toğrul dərslərini yaxşı oxuyur, ən sevimli fənləri Ana dili və Həyat bilgisidir.
Bağçadan başlayaraq tədbirlərin bir çoxunda həm aparıcı kimi, həm də səhnəciklərdə müxtəlif rollarda çıxış edib. Ən yaddaqalan çıxışlarından biri 5 yaşında Bakı Yay Teatrında 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə keçirilən tədbirdə iştirakı olub. Həmin tədbirdəki iştirakı üçün bağça rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Əldə etdiyi uğurlara görə Toğrul özünü valideynlərinə borclu bilir. Fəaliyyətindən dolayı əmisinə oxşamaq istəyir.
Gələcəkdə insanlar içərisində seçilən, cəmiyyətdən yüksək mövqedə dayanan insanlardan biri olmaq Toğrulun hədəfidir.
Yaxşı polis işçisi olmaq, asayişin keşiyində durmaq arzusundadır.
Nağıl və hekayələr oxumağı sevən Toğrul vətənpərvərlik mövzusunda esselər və bədii mətnlər də yazır.
Orta məktəbi əla qiymətlərlə bitirməyi daha sonra yüksək ali təhsil alıb vətəninə lazımlı övlad olmaq ən böyük istəyidir.

Vətənpərvər Toğrul tarixin yaddaşında yaşamaq üçün Qarabağ uğrunda döyüşlərdə iştirak etmək, gələcək nəsillərə örnək olmaq istəyir. Biz fə bu vətənpərvər gəncə uğurlar arzulayır, bütün arzularının həyata keçməsini diləyirik.

Комментариев нет:

Отправить комментарий