Aysel uşaqlıqda ağıllı, sakit uşaq olub. Məktəbə gedəndə
artıq yazmağı, oxumağı bilirdi.
Məmmədova Aysel Elçin qızı 30 mart 2005-ci ildə Rusiya
Federasiyasının Tyümen şəhərində anadan olub. İlk iki sinfi 257 saylı məktəbdə
oxuyub. Hazırda “Zəngi” liseyində oxuyur.
Aysel çalışqan şagirddir. Dərslərini yaxşı oxuyur və
bütün fənləri sevir.
Məktəbdə fəal şagird kimi keçirilən tədbirlərdə, bayramlarda
iştirak edir. İbtidai sinifdə oxuyarkən Yeni il şənliyində "Qırmızı
papaq" rolunu məharətlə ifa etmişdi.
14 oktyabr 2014-cü ildə “Zəngi” liseyində keçirilən
"Mənim müəllimim" adlı inşa müsabiqəsində məktəb üzrə I yeri qazanıb
tərifnamə ilə təltif olunub.
Aysel gəzintini də çox sevir. Yay tətilini səmərəli
keçirmək üçün Azətbaycanın gözəl guşələrinə səyahət edir. Ən yadda qalan səyahətləri
İlisu, Lahıcı gəzmək, Şəkinin Xan sarayını, Qəbələnin qədim qalalarını görmək olub.
Aysel əldə etdiyi uğurlara görə özünü müəllimlərinə, sonra
isə valideynlərinə borclu bilir.
Gələcəkdə həkim olmaq, xəstələri sağaltmaq, şəfa vermək
istəyir. Bacarıqlı və məhşur həkim olaraq tarixin yaddaşında qalmaq
arzusundadır.
Комментариев нет:
Отправить комментарий