Azərbaycan həmişə istedadları ilə məşhur olmuşdur. Belə
gənc istedadlarımızdan biri də Günel Xəyyam qızı Niftiyevadır. Günel 2003-cü il
yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Günel körpəlikdə
cox ağıllı, sözəbaxan uşaq olub. Kiçik yaşlarından təhsilə həvəs göstərən Günel
iki-üç yaşında artıq şeirlərdən parçalar söyləyirdi. O, kiçik yaşlarından çox
istedadlı olub, rəqsə maraq göstərərək bir çox müsabiqələrdə yerlər tutmuşdur.
Məktəbə gedənə qədər Günel sərbəst yazıb-oxumağı, hətta
hesabı da bilirdi. O, oxuyub-yazmağı valideynlərinin köməyi ilə öyrənib.
Günel
2009-cu ildə Nərimanov rayonu 258 saylı orta məktəbin I sinfinə daxil olub, hazırda
həmin məktəbin VI sinfində təhsil alır. O, bütün dərslərini əla qiymətlərlə
oxuyur. Ən çox sevdiyi fənlər isə Azərbaycan dili və ingilis dilidir.
Məktəbdə və məktəbdənkənar tədbirlərdə fəal iştirak
edir, orada rəqs edir və gözəl səhnəciklər hazırlayır. Həyatında ən maraqlı gün
məktəbə başladığı gündür. Günel 2013-cü ildə olimpiadada Azərbaycan dili və riyaziyyatdan
I yer tutduğu, 2010-cu ildə iki dəfə “Bakı işıqları” festivalında əvvəlcə III, daha
sonra III yer tutduğu, bir il sonra 2011-ci ildə rəqs üzrə müəyyən diplomlar
aldığı günləri ən uğurlu gün hesab edir.
Günel əldə etdiyi uğurlarına görə valideynlərinə və
müəllimlərinə borclu olduğunu hesab edir. Ən böyük arzusu yüksək bal toplayib tələbə
adını qazanmaq və filoloq olmaqdır.
O, asudə vaxtlarında musiqi dinləməyi, bədii
kitablar oxumağı və rəqslə məşğul olmağı çox sevir. Arzuları, məqsədi böyük
olan Günelə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий