Azərbaycan istedadlı gəncləri ilə həmişə
tanınmışdır. Belə gənclərimizdən biri də
Ayla Mamed qızı Ağalarovadır. Valideynləri
deyir ki, Ayla körpəlikdə çox sakit,
ağıllı bir uşaq olub. O, cizgi filmlərinə baxmağı, onların səsi ilə danışmağı,
nağıl qəhrəmanlarının şəkillərini çəkməyi, plastilindən cürbəcür əşyalar düzəltməyi
çox xoşlayırdı.
Məktəbə gedənə qədər bütün hərfləri tanıyır,
qısa-qısa sözlər yaza bilirdi və bütün bunları o, özü öyrənmişdi. Kömək lazım
olarsa o, valideynlərinin yanına gedir,
onlardan kömək istəyirdi.
Onun yazıb-oxumağa, nələrisə çəkməyə cox marağı
vardı. Aylada yazıb-oxumaq həvəsinin
yaranmasında özündən altı yaş böyük olan bacısı Elviranın böyük rolu olmuşdur.
Ayla 2009-cü ildə 102 saylı məktəbin I sinfinə
daxil olub, hazırda da 102 saylı məktəbin VI sinfində təhsil alır. O, dərslərini
əla oxuyur, müəllimlərinin etimadını hər zaman doğruldur. O, məktəblərində təşkil
olunan bütün tədbirlərdə fəal iştirak edir. Üzgüçülüklə, voleybolla, rəsmlə məşğul
olur və bir çox tərifnamələrə layiq görülüb. Ayla rəsm işlərindəki uğurlarına görə atasına borclu olduğunu
düşünür.
Ayla asudə vaxtlarında şirniyyatlar bişirməyi,
plastilindən müxtəlif əşyalar düzəltməyi xoşlayır. Onun əsas məqsədi tarixin
yaddaşında insanlara kömək edən bir insan kimi qalmaqdır. Ayla “Mən də uşaq olmuşam” verilişində aparıcı rolunda
iştirak edib, burada onun müsahibi rəqqasə Aliyə xanım olmuşdur. Arzuları, məqsədi böyük olan Aylaya biz də uğurlar arzu edir, dərslərində müvəffəqiyyətlər
diləyirik.
Комментариев нет:
Отправить комментарий