Aysun uşaqlıqda ağıllı, sakit uşaq olub. Uşaq bağçasına
getdiyi vaxtdan rəsm çəkməyə marağı olub. Məktəbə gedəndə artıq yazmağı, oxumağı
bilirdi.
6 yaşında şəkil çəkməyə başlayıb.
Məmmədova Aysun Elçin qızı 10 fevral 2004-cü il
tarixində Rusiya Federasiyasının Tyümen şəhərində anadan olub. İlk iki sinfi
257 saylı məktəbdə oxuyub. Hazırda “Zəngi” liseyində oxuyur.
Aysun çalışqan şagirddir. Dərslərini yaxşı oxuyur və
bütün fənləri sevir.
Məktəbdə fəal şagirddir. Məktəbdə keçirilən tədbirlərdə,
bayramlarda iştirak edir. Hələ I sinifdə oxuyarkən Yeni il şənliyində
"Qırmızı papaq" rolunu məharətlə ifa etmişdi.
Aysun gəzintini də çox sevir. Yay tətilini səmərəli
keçirmək üçün Azətbaycanın gözəl guşələrinə səyahət edir. Ən yaddaqalan səyahətləri
İlisu, Lahıcı gəzmək, Şəkinin Xan sarayını, Qəbələnin qədim qalalarını görmək olub.
Aysun əldə etdiyi uğurlara görə özünü müəllimlərinə, sonra
isə valideynlərinə borclu bilir.
Gələcəkdə müəllim olmaq arzusundadır. Bununla yanaşı o
rəsm qabiliyyətini də inkişaf etdirmək istəyir.
Həm bir bacarıqlı və sevilən müəllim olub, gənc nəsilləri
yetişdirərək həm də rəsm əsərlərini tanıdıb rəssam olaraq tarixin yaddaşında
qalmaq niyyətindədir.
Комментариев нет:
Отправить комментарий