Azərbaycan istedadlar diyarıdır. Belə gənc
istedadlarımızdan biri də Fəridə İlham qızı Xanızadədir. O, 31 oktyabr 1992-ci
ildə Bakı şəhərində anadan olmuşdur. Onun adı “Çalıquşu” filmindən götürülüb, babası
filmdəki Fəridənin mərd, namuslu qız olduğuna görə adını Fəridə qoyub, adının mənası
isə ağ mirvaridir. O, körpəlikdə oyuncaq maşınlarla, tapançalarla oynamağı çox
sevib. Məktəbə gedənə qədər ona yazıb-oxumağı anası öyrədib.
Fəridə Binəqədi rayonundakı 100 saylı orta məktəbdə I
sinfə daxil olub, III sinifdən 143 saylı məktəbdə təhsilini davam etdirib. Məktəbdə
oxuyarkən dərslərini çox yaxşı oxuyub. IX sinifdə isə yüksək balla Bakı Sənaye
Pedaqoji Kollecinə daxil olub. Bakı Sənaye Pedaqoji Kollecində də dərslərini
çox yaxsı oxuyub.
Ən çox sevdiyi fiziki tərbiyə və G.Ç.Q.H fakültəsində təhsil
alıb.
O, beş yaşından idmanla məşğul olmağa başlayıb, bir
çox idman növlərində özünü yoxlayıb. Karate, boks, güləş kimi idman növlərində bir çox nailiyyətlər
qazanmışdır. Yarışlarda dəfələrlə I yeri tutub. Əldə etdiyi uğurlarına görə
anasına borclu olduğunu düşünür. Təhsil illərində o demək olar ki, bütün bilik
və idman yarışlarında fəal iştirak etmişdir. Fəridənin üzv olduğu komanda 3 dəfə
respublika çempionu, bir dəfə Sabunçu rayonu üzrə I yer, iki dəfə IX və X Respublika
Spartakiadasında fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
O, 2012-ci ildə qırmızı diplomla Bakı Sənaye Pedaqoji
Kollecindən məzun olmuşdur. Hazırda isə Qobustan qəsəbəsindəki 321 saylı tam
orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir.
Fəridə ailələdir, iki övladı var.
Ən böyük arzusu polis olmaq və ya Fövqəladə Hallar
Nazirliyində işləməkdir. O, xoşbəxtliyi
ailəsiylə, övladlarıyla sakit, arzuladığı
kimi yaşamaqda görür.
Asudə vaxtlarında idmanla məşğul olmağı, ailəsiylə dəniz
kənarında gəzməyi, musiqi dinləməyi, maşın sürməyi çox sevir. Arzuları, məqsədi
böyük olan Fəridəyə biz də uğur, müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий