Odlar yurdunun istedadlı övladlarından biri də Quliyeva Jalə Çingiz qızıdır. O, 18 avqust 2003-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə çox sakit, mülayim və təmkinli uşaq olub. Ən çox xoşladığı oyuncağı gəlincik olub. Özünü aparmağı ilə digər uşaqlardan seçilirdi. O, məktəbə getməmişdən əvvəl yazıb-oxumağı 2 yaşından getdiyi uşaq bağçasında öyrənmişdi. Jalə bağçaya çox həvəsə gedirdi.
Jalə orta təhsilə ilk qədəmlərini Nizami rayonundakı 214 saylı tam orta məktəbdə atmışdır. Məktəbdə dərslərini əla oxuyan Jalənin ən sevimli fənləri tarix, ədəbiyyat və coğrafiyadır. Əla oxumaqla bərabər məktəbin ictimai işlərində də aktiv iştirak edir.
Sinif rəhbəri Məryəm Rəhmətova: “Jalə sevimli şagirdlərimdəndir. Şagirdə lazım olan bütün keyfiyyətlər bu qızda cəmlənib. Bu keyfiyyətləri ilə o həm sinif yoldaşlarının, həm də müəllim kollektivinin rəğbətini qazanıb. Dərslərinə hər zaman yüksək səviyyədə hazır olur, eyni zamanda məktəbin ictimai həyatında da fəal iştirak edir. Keçirdiyimiz tədbirlərdə daim baş rolların ifaçısı olur.”
Jalə hazırda orta təhsilini Nərimanov rayonundakı 82 №-li tam orta məktəbdə davam etdirir. Orta təhsildən əlavə Jalə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano sinfində təhsil alıb. Orada öncə Cəmilə Mustafinanın sinfində təhsil alıb. Cəmilə xanım da onun fəaliyyətindən, musiqi duyumundan, istedadından ağızdolusu danışdı. Jalə hazırda musiqi təhsilini Dilarə Manafovanın sinfində davam etdirir. Dilarə xanımın da onun musiqi istedadının daha da artırılmasında, mükəmməlləşməsində əvəzolunmaz rolu var.
Əldə etdiyi uğur və nailiyyətlərə görə özünü ilk növbədə valideynlərinə borclu hiss edir.
Asudə vaxtlarında kitab oxumaqla məşğul olur.
Ona bu yolda uğurlar diləyirik.

Комментариев нет:
Отправить комментарий