elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 марта 2015 г.

Murad Xəyyam oğlu Niftiyev

XXI əsr yeniyetmələri öz dünyagörüşü ilə əvvəlki nəsillərdən əsaslı dərəcədə fərqlənir. Belə gənclərimizdən biri də Murad Xəyyam oğlu Niftiyevdir. Murad 2003-cü il dekabrın 20-də Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Murad körpəlikdə dəcəl, amma ağıllı uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı artıq bacarırdı, 3-4 yaşlarında xeyli şeir əzbər bilirdi. Ağıllı davranışları, tez qavraması ilə Murad yaşıdlarından seçilib və müəllimlərinin sevimlisinə çevrilmişdir. O, məktəbə gedənə qədər yazıb-oxumağı valideynlərinin köməyi ilə öyrənmişdir.
Murad 2009-cu ildə Nərimanov rayonu 258 saylı orta məktəbin I sinfinə daxil olub, hazırda həmin məktəbin VI sinfində təhsil alır. O, dərslərini cox yaxşı oxuyur, müəllimlərinin etibarını hər zaman doğruldur. Bütün fənləri eyni dərəcədə sevir.
Murad məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, gözəl səhnəciklər, mahnılar və şeirlər təqdim edir. Onun üçün ən maraqlı gün məktəbə və musiqi məktəbinə başladığı gündür. Murad olimpiadada I yeri tutduğu günü ən uğurlu gün hesab edir.
Murad əldə etdiyi uğurlarına görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir. Ən böyük arzusu yaxşı qiymətlərlə məktəbi bitirib mühəndis olmaq, atası və babasının davamçısı olmaqdır.
Murad asudə vaxtlarında şahmat oynayır, tar çalır və bədii əsərlər oxuyur. O, eyni zamanda musiqi məktəbinin tar sinfində oxuyur, mütəmadi olaraq şahmatla məşğul olur.     
Arzuları, məqsədi böyük olan Murada biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий