Vəfa ailənin
ilk nəvəsi olub. Onun dünyaya gəlməsini böyük sevinclə qarşılamışdılar. Körpəlikdə
müşahidə eləməyi çox sevirdi. Hamının sevimlisi olub. Məktəbə gedənə qədər qələm
tutmağı, bəzi hərflərin yazılışını ona anası öyrədib.
Vəfa
balacalıqda məktəbə gedən uşaqlara həsədlə baxırdı. Məktəbə qədəm qoyduğu ilk
gündən dərslərə olan marağı, verilən hər bir tapşırığın öhdəsindən bacarıqla gəlməsi,
nümunəvi davranışı Vəfanı müəllimlərin sevimlisinə çevirdi.
4-5
yaşlarından harada piano görsəydi böyük maraqla onu səsləndirmək istəyirdi. Musiqiyə
olan həvəsi 1993-cü ildə Vəfanın 37 saylı Uşaq Musiqi Məktəbinin fortepiano
sinfinə daxil olmasına səbəb oldu. 2000-ci ildə musiqi məktəbini əla qiymətlərlə
bitirdi.
Vəfa İzafətdin
qızı Babayeva 1984-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1990-cı
ildə Bakı şəhəri Hövsan qəsəbəsi 280 saylı orta məktəbin I sinfinə gedib. 9 il
burada təhsil alıb. 1999-cu ildə Kimya-Biologiya Təmayüllü liseyə daxil olub.
2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə qəbul
olub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspirantura pilləsinə
qəbul olundu. Hazırda AMEA-nın Kimya Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsində
çalışır, həmçinin burada elmi işini yerinə yetirir.
Orta məktəbdə
oxuyarkən kimya fənninə xüsusi marağı olub. Bu marağı onda müəllimləri yaradıb.
Əsasən də Kimya-Biologiya Təmayüllü liseyin müəllimi Qədir Məmmədov. Orta məktəbdə
əlaçı olub. Daha çox dəqiq fənləri sevirdi.
Ali məktəbdə
də dərslərini yaxşı oxuyub. Elə bunun nəticəsidir ki, hazırda aspirantdır.
Qəbul
imtahanlarında göstərdiyi nəticələrə görə lisey müəllimlərinə minnətdardır.
Asudə
vaxtlarında musiqiyə qulaq asmağı, intelletktual verilişlərə baxmağı çox sevir.
İnternetlə maraqlanır.
Seçdiyi sahədə
uğur əldə etmək istəyir. Bunun üçün yeni kəşflər etməyə çalışır və artıq demək
olar ki, buna nail olmaq üzrədir. Onun üçün ən böyük uğur ilk növbədə kimya
elmləri namizədi, daha sonra professor adını almaq olardı. Bunun üçün böyük səylə
çalışır. İnistitun labarotoriyasında elm işi icra edir. Yeni birləşmələrə
sintez edir. Laboratoriyada sintez olunan kompleks birləşmələr sənayedə və
tibbdə tətbiq oluna bilər. Apardığı elmi işlə bağlı bir sıra tezis məqalə çap
olunub və bu işi davam etmək fikrindədir.
Комментариев нет:
Отправить комментарий