elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 октября 2012 г.

Nuriyeva İlahə Əfsər qızı


Elə bir əməl yoxdur ki, gec-tez qiymətləndirilməsin. (Balzak)
İlahə Əfsər qızı Nuriyeva 8 yanvar 1985-ci ildə Biləsuvar rayonunda anadan olub. 2002-ci ildə Biləsuvar rayonu Ş. Qurbanov adına 2 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirərək 671 balla Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 2006-cı ildə universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-2008-ci illərdə həmin universitetdə informatika ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Magistraturanı da fərqlənmə diplomu ilə bitirib.
Hazırda “Çaşıoğlu” MMC şirkətində proqramçı vəzifəsində çalışır. 2 elmi məqaləsi çapdan çıxıb.
Bu ixtisasa marağı hələ orta məktəb yaşlarından başlamışdı. İnformasiya texnologiyalarının sürətli inkişafı onu özünə cəlb edirdi. Riyaziyyata olan marağı isə proqramlaşdırmaya olan marağımı reallaşdırmağa şərait yaratdı. Orta məktəbdə həmişə əlaçı olub.
İlk müəllimləri valideynləri olub. Hələ 5 yaşında anası ona oxumaq, yazmaq, saymaq, çoxlu şeirlər öyrətmişdi. Orta məktəbdə bütün fənləri oxuyub. Lakin sevimli fənni riyaziyyat idi. Cəbrdən çətinliyi artırılmış məsələləri həll etmək onunçün  xüsusilə maraqlı idi. 2000-ci ildə məktəblilərin respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə IV yerə layiq görülüb. Əldə etdiyi bütün uğurlara görə valideynlərinə minnətdardır.
Ali məktəbdə prezident təqaüdçüsü idi. Məsuliyyəti daim hiss edir, etimadı doğrultmağa çalışırdı. Dərslərini əla qiymətlərlə oxuyurdu. Ehtimal nəzəriyyəsi, informasiyanın təhlükəsizliyinin qorunması kimi fənlər daha çox diqqətini cəlb edirdi.
İlahənin dedikləri: “ - Həyatımda ən yaddaqalan gün 30 avqust 2002-ci ildi. Həmin gün mərhum prezident H. Əliyev ən yuksək bal toplamış 25 tələbə ilə görüşdü. Bizi təbrik etdi, hədiyyələri təqdim etdi. Məktəbi təzəcə bitirmiş bir gənc üçün bu görüçün nə demək olduğunu sözlə ifadə etmək çox çətindi.
Ali məktəbə qəbul olana qədər TQDK-nın keçirdiyi sınaq imtahanlarında dəfələrlə iştirak etmişdim və nəticələr qəbul olunacağımdan xəbər verirdi. Lakin bu nəticələrlə kifayətlənmirdim və daha yüksək nəticələr göstərməyə çalışırdım. Burada müəllimlərimin də əməyi danılmazdır.
Məncə xoşbəxtlik tamamilə nisbi bir anlayışdır. Bəzən həyatımızda elə anlar olur ki, özümüzü dünyanın ən xoşbəxt insanı hesab edirik. Bəzən isə tamamilə əksinə olur. Amma ümumilikdə götürsək əgər insan sevdiyi insanların əhatəsindədirsə, sevdiyi işlə məşğuldursa onda xoşbəxtdir.
Asudə vaxtlarımda şahmat oynamağı, kinoya baxmağı, kitab oxumağı xoşlayıram. Kriptoqrafik bellestristikaya üstünlük verirəm. Ən çox sevdiyim müəllif Den Braun, Həsən Seyidbəylidir.
Məktəbdə oxuyarkən Uşaq İncəsənət Məktəbinə tar sinfinə gedirdim. Rayonumuzda “İstedadlar axtarışında” adlı müsabiqə keçirilirdi. Mən də müsabiqəyə qoşuldum və bütün mərhələləri uğurla keçib qaliblərin qala konsertində iştirak etdim. Həmin gün həyatımda ilk uğurum kimi yaddaşıma həkk olundu.
Hazırda proqramçı kimi fəaliyyət göstərirəm. İşimi çox sevirəm. İxtisasımın ən yüksək zirvəsinə qədər qalxmağı, elmi fəaliyyətlə məşğul olmağı arzulayıram. Elm sahəsində olmaq nə qədər çətin olsa da, bir o qədər şərəflidir.
Azərbaycan elminin inkişafında özünəməxsus yer tutmaq və onu beynəlxalq konfranslarda, simpoziumlarda layiqincə təmsil etmək qarşıya qoyduğum məqsədlərdəndir”.

Комментариев нет:

Отправить комментарий