elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 октября 2012 г.

Rufullayev Elçin Telman oğlu


Elçin Telman oğlu Rufullayev 14 oktyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Nəsimi rayonundakı 9 saylı məktəbdə alıb. 1995-2000-ci illərdə Lənkəran Özəl Türk litseyində təhsilini davam etdirib. 2000/2004-cü ilərdə Qafqaz Universitetinin filologiya fakültəsində türk dili və ədəbiyyatı ixtisası üzrə bakalavr, 2004/2006-cı illərdə eyni adlı unversitetinin ingilis dili və ədəbiyyatı ixtisası üzrə maqistr təhsili alıb.
Qəhrəmanımızın özü barədə dediklərinə diqqət yetirək: “ - Kiçik yaşlarımdan xarici dilləri öyrənməyə böyük marağım olub.
Hazırki profilim tam fərqli olsa da ən böyük marağım riyaziyyat fənninə olub. Lisey illəri ərzində rus, ingilis dilləri üzrə olimpiada iştirakçısı olmuşam. Təhsildəki uğurlarıma görə diplom və tərifnamə ilə təltif olunmuşam.
Ən uğurlu, əlamətdar günüm 10 iyun 2006-cı il tarixidir. Çünki həmin gün bacım oğlu dünyaya gəlib və fanatı olduğum İtaliya milli komandası futbol üzrə dünya çempionu olub.
Heç kimsənin təkidi ilə bu ixtisasa yiyələnməmişəm. Ama sözsüz həyatımdakı uğurlara görə valideyinlərimə minnətdaram.
Fəaliyyətimlə həmişə hafizələrdə qalacaq Elçin yaratmaq istərdim.
Xarici İşlər Nazirliyində işləmək istəyirəm.
Mənə görə sağlam, ağıllı və səmimi insan özünü xoşbəxt hiss edə bilər.
Boş vaxtımı daha çox ailəm və dostlarıma ayırıram.
İlk uğurumu LÖTL-nə qəbul olmağimda gorürəm”.

Комментариев нет:

Отправить комментарий