elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 октября 2012 г.

ƏSL PEDOQOQ (Xəyalə Musa qızı Yusubzadə)

 
“Ən böyük ideal səadət axtarmaq, ən böyük iş isə elm oxumaqdır” (N. Tusi)
Xəyalə Musa qızı Yusubzadə 1984-cü il iyulun 9-da qədim Borçalı elinin Başkeçid rayonunun Qamışlı kəndində dünyaya göz açıb. Adını nənəsi bu adı çox sevdiyi üçün qoyub.
Xəyalə körpəlikdə çox arıq, dəcəl bir qız olub. Qaçmağı, yaşıdları ilə birlikdə oyunlar oynamağı, maraqlı söhbətlər etməyi çox sevərdi.
Məktəbə gedənə kimi yazıb-oxumağı, çoxlu şeir bilirdi.
Xəyalə 1991-ci ildə Gəncə şəhəri 13 saylı məktəbin I sinfinə qədəm qoyub. Məktəbdə keçirilən bir çox fənn olimpiadalarında iştirak edib. XI sinifdə Azərbaycan tarixi olimpiadasının şəhər turunda I yer tutduğuna görə 25 dekabr 2000-ci il tarixində Gəncə şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmanla mükafatlandırılıb.
2001-ci ildə məktəbi uğurla başa vuran Xəyalə elə həmin ildə yüksək balla Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Sevimli fənləri etnoqrafiya, fəlsəfə, psixologiya və yeni tarix idi. Ali məktəbdə bir çox elmi yarışlarda, tələbə və magistrların elmi konfranslarında iştirak edib. 2005-ci ildə universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək elə həmin ildə respublikada ilk dəfə olaraq mərkəzləşmiş qaydada magistraturaya imtahan verərək, Gəncə Dövlət Universitetinin magistratura şöbəsinə daxil olub. 2007-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək, Avropa və Amerikanın yeni və ən yeni tarixi ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda Bakı şəhəri, Sabunçu rayonundakı 309 saylı orta məktəbdə çalışır.
2006-cı il mayın 15-də I kurs magistrant olarkən Tələbə Elmi Konfransındakı nümunəvi məruzəsinə görə, Təhsil Nazirliyi və Gəncə Dövlət Universiteti tərəfindən fəxri fərmanla təltif olunub. Məruzəsi “Almaniya Federativ Respublikasının yaranması alman xalqının tarixi qələbəsidir” mövzüsunda idi.
Sevdiyi ixtisasa yiyələnməkdə özünü bütün orta məktəb və ali məktəb müəllimlərinə, atası Musa bəyə və anası Məleykə xanıma borclu sayır. Bu sahəni seçməyində orta məktəb müəllimləri - xüsusilə tarix müəllimi Vəfa Hacıyevaya, ədəbiyyat müəllimi Bahar Məmmədbəyliyə, ingilis dili müəllimi Gülşən Tutadzeyə, ali məktəb müəllimi dosent Səyyad Mirzəyevə, dosent Rəşid Məhərrəmova, tarix elmləri namizədi Paşa Paşayevə və bir çox müəllimlərə çox borcludur və minnətdardır. İxtisası üzrə ən çox pərəstiş etdiyi insan tarixçi-alim Musa Qasımlıdır.
Ali məktəbi bitirdikdən sonra ali məktəbdə işləməyi arzulayan Xəyaləyə tale orta məktəbdə çalışmağı qismət edib.
Xəyalə xoşbəxtliyi özünü tapmaqda, dərk etməkdə görür. Vətənə, millətə layiqli vətəndaşlar yetişdirməyi ən böyük xoşbəxtlik hesab edir.
Tarixin yaddaşında qalmaq üçün öncə Azərbaycana layiqli, ədəb-ərkanı, savadı ilə seçilən gənclər yetişdirmək, sonra Azərbaycanın tarixini bütün dünyaya tanıtmaq istəyir. Ən böyük arzusu isə xalqının həmişə həmrəy olması, işğal olunmuş torpaqlarımızın qaytarılmasıdır. 

Комментариев нет:

Отправить комментарий