Günel
çox aktiv uşaq olub. Erkən yaşlarında cizgi filmlərinə baxmağı sevirdi. Hətta
rus dilində baxdığı cizgi filimləri və verilişlər sayəsində məktəbə qədər dövrdə
fikirlərini rus dilində ifadə etməyi bacarırdı. Məşğulliyyətlərindən biri də gəlinciklərə
müxtəlif paltarlar tikmək idi.
Məktəbə
gedənə qədər artıq yazıb-oxumağı bilirdi. Böyük bacısı dərslərilə məşğul olarkən
ona baxaraq sərbəst şəkildə öyrənmişdi. Çox inadkar, tutduğunu buraxmayan uşaq
idi.
Günel
Fail qızı Məmmədova 1985-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Nərimanov rayonu 66 saylı orta məktəbin I sinfinə qəbul olub və
2004-cü ildə həmin məktəbi bitirib. Elə həmin ildə də Azərbaycan Tibb
Univetsitetinin pediatiriya fakültəsinə qəbul olub. 2010-cu ildə həmin
universiteti bitirib.
Həkimliyə
marağı uşaq vaxtından yaranıb. Hələ məktəbə getməmişdən əvvəl böyüyəndə həkim olacağını
deyərdi. Təbii ki 5-6 yaşlı uşağın seçimi məntiqə əsaslanmır. O vaxt sadəcə
olaraq düşünmüşdü ki, həkimlik ən uca, əlçatmaz ixtisasdır və belə demək
mümkündürsə həkim adı onu həvəsləndirirdi. Ətrafdakı böyüklərin təsiri də
danılmazdır. Xüsusən də anası həkim olmağını çox arzulayırdı. Yaşa dolduqca
seçimindən dönmədi, əksinə daha qətiyyətlə həkim olacağına qərar verdi. Bu dəfə
ki, seçiminin məntiqi əsasları var idi. İnsanlara yardım etmək ən real üsuldur.
Bir çoxlarının soyuq silah kimi istifadə etdiyi bıçaq həkimin əlində öz təyinatını
tamamilə əksinə dəyişir. Onun fikrincə, sağaltdığı insanın üzündə görəcəyi minnətdarlıq
təbəssümünə görə həkim olmağa dəyər.
Orta
məktəbdə dərslərini əla oxuyub. Hətta ona gülməli gəlsə də 4 alanda ağladığı
vaxtlarda olub. Aşağı siniflərdə riyaziyyatı çox sevirdi. Orta məktəbdə fəal
şagirdlərdən biri olub. Riyaziyyat və kimya fənni üzrə olimpiadalarda iştirak
edib. Məktəbin keçirdiyi tədbirlərdə aparıcı kimi çıxış edib. Hətta aktyorluq
bacarığını sınayaraq S. Vurğununu “Vaqif” dramındakı “Xuraman” obrazını da
yaratmışdı.
Məktəbdə
bir çox rəsm müsabiqələrində iştirak edib. 2004-cü ildə 22 Aprel Ümumdünya Yer Gününə
həsr edilmiş “Bizim Xəzər” ekoloji müsabiqəsində sertifikata layiq görülüb. Elə
həmin ildə məktəb tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəbdə
elmi və ictimai fəaliyyətində əlavə, həm də şagirdlərin hüquqlarının müdafiəsi
üçün keçirilən müsahibələrdə iştirak edib. Məsələn dərsə hazırlıqsız gələn
şagirdin qiymətlə deyil, müxtəlif şəxsiyyəti alçaldan cəza üsulları ilə cəzalandılırmasına
qarşı çıxaraq müəllimlərin işdən kənarlaşdırılmasına da çalışıb. Yaşından asılı
olmayaraq insanın şəxsiyyətinin təhqir olunması yolverilməz sayılır.
Həkimlik
sənətini seçməyində, ali məktəbə qəbul olmağında və göstərdiyi nəticəyə görə
kimya fənnini tədris edən, eyni zamanda sinif rəhbəri Ruqiyyə xanıma minnətdardır.
Ümumiyyətlə, abituriyent olarkən demək olar ki, repititor yanına getməyib,
yalnız kimyadan hazırlaşıb. Topladığı bal (532 bal) hazırlıqsız da yüksək nəticə
göstərməyin mümkünlüyünü sübut etdi.
Ali məktəbə
qəbul olduğunu eşidəndə çox sevinmişdi. Həyatında ən maraqlı və uğurlu günü də
məhz bu gündür. 6 avqust 2004-cü il.
Universitetdə
dərslərini yaxşı oxuyur. Sevdiyi fənlər uşaq xəstəlikləri, psixiatriya, məhkəmə
təbabəti olub. Tibb universitetində ona dərs deyən bir çox savadlı müəllimlər
olub ki, onların hər birinin müəyyən cəhətlərini özündə yaratmaq istərdi. Amma
bütövlükdə hər hansı bir insana pərəstiş etməyin tərəfdarı deyil. Hər bir mütəxəssis
öz yolunu cızmalıdır.
Universiteti
bitirdikdən sonra Bakı şəhərindəki xəstəxanaların birində həkim pediatr kimi
çalışmaq istəryir.
Asudə
vaxtlarını müxtəlif bəddi kitablar oxumağa, rəsm çəkməyə sərf edir. İndiyə kimi
oxuduğu əsərlər içində ən çox sevdiyi Den Braunun “Da Vinçi kodu” və E. L.
Voyniçin “Ovod” əsərləri olub. Müasir yazıçılardan Paolo Koelyonu daha çox bəyənir
və əsərlərini böyük maraqla oxuyur.
Rəsm çəkməyə isə 5-6 yaşlarından başlayıb. Heç bir
dərnəyə getməyib. Bu sahədə təhsili də yoxdur. Amma çox böyük həvəsi var və bu
sahədə işlədikcə bacarığını inkişaf etdirə bilib. Əsasəndə abstrak məzmunlu rəsmlər
işləyir. Bəzi rəsmlərin də sürrrealizmə yaxın təsvirlər var. Bu da Salvador
Dalini yaradıcılığına olan böyük sevgisindən irəli gəlir.
e-mail: gunel_failqizi@mail.ru
Комментариев нет:
Отправить комментарий