Turan qədim
türk tayfalarının adıdır və mənası gözəl deməkdir.
Turan körpəlikdə
çox gözəl, ağıllı, tərbiyəli uşaq olub. Kiçik yaşlarında piano çalır, idmanın
bütün növləri ilə maraqlanır, hətta futbola baxmağı çox sevirdi. Yaşıdlarından
fərqli olaraq xəbər proqramlarına baxır, baş vermiş hadisələrə çox maraqlı
fikirlər yürüdürdü.
Məktəbə gedənə
qədər yazıb-oxumağı ona nənəsi Fatma müəllimə öyrətmişdi.
Turanda həkimliyə
maraq kiçik yaşlarından olub. Oyun oynayarkən həmişə həkim olur, hamı üçün
reseptlər yazardı. Elə uşaqlığı ilə bağlı ən maraqlı hadisələr bununla
bağlıdır. Bir dəfə kiçik bacısına tapşırıb ki, mən həkim olacam, sənsə xəstəxanaya
gələn ağıllı bir xəstə ol. Mən sənə iynə vuracam sən isə ağlamamalısan, axı sən
ağıllı xəstəsən. Xoşbəxtlikdən su ilə dolu iynəni ona vurmaq istəyəndə
valideynləri gəlib çatdılar.
Körpəliyində
atasının Turan üçün yazdığı şeiri təqdim etmək istərdik:
Dəyişdi
dünyanı sənin gəlişin,
Ay mənim
körpəcə Turan qızım.
Bürüsün aləmi
incə gülüşün,
Tez böyü,
tez boyat, yeganə quzum.
Arzumuz budur
ki, daim həyatda
Səadət,
xoşbəxtlik nəsibin olsun.
Fərəhli
dövr sür, xoş dövran keçir,
Ürəyin
sevinclə, nəşəylə dolsun.
Arzun çiçək
açsın, min bir gül açsın,
Ömrünün
baharı xəzan görməsin,
Gülüşün aləmə
incilər saçsın.
Qəm-qüssə qəlbində
dövran sürməsin.
Beşiyin
başından ana laylası,
Üzündən təbəssüm
əksik olmasın.
Ay qızım, qəlbinin
körpə dünyası,
Qoy duman
almasın, çiskin almasın.
Solmasın
gül rəngin, dolmasın gözün,
Dolsa da, ay
quzum, sevincdən dolsun.
Olmasın
başında deyirəm ağ saç,
Olsada, ay
qızım, yüzündə olsun.
Turan İlham
qızı Harunova 3 sentyabr 1984-cü ildə Qax rayonunda anadan olub. 1991-ci ildə
Zaqatala şəhər Ş. Qurbanov adına 3 saylı orta məktəbə daxil olmuş, 2001-ci ildə
həmin məktəbi bitirib. I sinfində müsabiqə yolu ilə sinif nümayəndəsi seçilmişdir.
1992-ci ildə Zaqatala şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano bölməsinə
daxil olmuşdur.
Həkim
ixtisasına maraq onda kiçik yaşlarında yaranıb. O vaxtlardan heç vaxt ixtisas
seçimini dəyişməyib. Bu fikrini ailəsi, xüsusilə də anası dəstəkələyib.
Orta məktəbi
əla qiymətlərlə oxuyub, bir sıra olimpiadalarda iştirak edib. 2001-ci ildə keçirilən
biologiya üzrə olimpiadada I yeri tutub və fəxri fərmanla təltif olunub.
Ali məktəbdə
də yaxşı oxuyub. İnsan anatomiyası və ixtisası olan şüa dioqnostikasına böyük
marağı olub.
Həyatında ən
maraqlı və ən uğurlu gün 2001-ci ilin avqust ayında universitetə qəbul olduğunu
öyrəndiyi gün olub. O gün keçirdiyi sevinc hissini hələ də unutmayıb. Qəbul
imtahanlarında göstərdiyi nəticələrə görə müəllimləri Sevil xanıma, Kəlimət xanıma,
Səfər müəllimə borcludur.
Kliniki Tibbi
Mərkəzdə işləmək onun ən böyük arzusudur. Təbii ki, hər kəs öz ixtisası və işi
üzrə ən yüksək zirvəyə çatmaq üçün çalışır, onun da arzusu budur.
Asudə vaxtlarında piano çalmağı, musiqi dinləməyi,
kitab oxumağı sevir. İndi ailə qurub, asudə vaxtlarını oğlu və ailəsi ilə
keçirir.
Комментариев нет:
Отправить комментарий