İradə
ailənin son beşiyidir. Uşaqlıqdan rəsm çəkməyi çox sevərdi. Harda kağız-qələm
görsə, nəsə cızmaqara edərdi. Cizgi filmlərinə baxmağı sevərdi. O vaxtlar cizgi
filmlərinin əksəriyyəti rus dilində idi. Başa düşməsə də heç birini qaçırmazdı.
Amma çox vaxt keçmədi ki, artıq tək başına rus dilini öyrənmişdi. Bu hamını çox
heyrətləndirirdi. Məktəbdə müəllimləri onun bu istedadına heyran idilər. Hələ məktəbə
getməmişdən əvvəl bütün hərfləri tanıyırdı.
İradə
Yunis qızı Salahova 28 fevral 1985-ci ildə anadan olub. 1992-ci ildə Gəncə şəhəri
Müşviq adına 14 saylı məktəbin I sinfini gedib. 2003-cü ildə orta təhsilini
başa vurub 538 balla Bakı Dövlət Universitetinin mexaniki riyaziyyat ixtisasına
daxil olub. İmtahanda əldə etdyi nəticə ilə məktəb üzrə II, qızlar üzrə isə I
yerə çıxıb. 2007-ci ildə
universitetin bakalavr pilləsini bitirib ixtisası üzrə magistraturaya daxil
olub. İşlədiyi üçün qiyabi oxuyub.
Məktəbdə
sinif əlaçılarından biri idi. Bütün fənləri oxusa da ən çox riyaziyyatı sevərdi.
Orta məktəb, şəhər olimpiadalarında yüksək nəticələr əldə edib. Qəbul
imrtahanında əldə etdiyi nəticələrə görə özünü bütün müəllimlərinə borclu
bilir. Bilirdi ki atası da, müəllimləri də ona güvənirlər. Onların inamını boşa
çıxarmaq istəmədi. Artıq universiteti bitirib və 3 ildir Azərbaycan Respublikası
Müdafiə Sənaye Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır. İşini çox
sevir.
Комментариев нет:
Отправить комментарий