İsmayılova Mayisə Mübariz qızı 1983-cü il mayın 9-da Zərdab
şəhərində anadan olub. Adını ata nənəsi qohumları, çox hörmət bəslədiyi Mayisə
xanımın şərəfinə qoyub. Körpəlikdə çox inadkar uşaq idi. Hər bir arzusunu
reallaşdırmağı çalışırdı. Nənəsini çox sevir və ona “ana” deyirdi. Mayisə məktəbə
gedənə qədər yazıb-oxumağı bacarırdı. Bunları ona valideynləri öyətmişdi.
Mayisə Zərdab şəhər H. Aslanov adına 3 saylı orta məktəbdə
təhsil almış, 2000-ci ildə təhsilini başa vurmuş, 2001-ci ildə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuş, 2006-cı ildə buranı fərqlənmə
diplomu ilə bitirmişdir.
Hələ orta məktəbdə təhsil alarkən Mayisə tarix fənnini
xüsusi məhəbbətlə sevirdi. Elə bu səbəbdən də o, tarixçi olmağı qərara
almışdır. Tarix müəllimi Gülşən Əliyeva onu bu sahəyə daha da həvəsləndirirdi.
Mayisə məktəbdə keçirilən ədəbi-bədii gecələrdə fəal
iştirak edirdi. O, 2000-ci ildə Zərdab rayonu üzrə keçrilən məktəblərarası
bilik yarışmasında I yerə çıxmış və “İlin şagirdi” adına layiq görülmüşdür.
Ali məktəbə daxil olduğu gün onun həyatının ən uğurlu
günüdür. O, ali məktəbdə də dərslərini yaxşı oxumuş, fəal tələbə olmuşdur. Bu
peşəyə yiyələndiyi və əldə etdiyi uğurlara görə Gültəkin, Şamo, Ömər müəllimlərə
və valideynlərinə minnətdardır.
O, xoşbəxtliyi xalqa, vətənə ləyaqətlə xidmətdə, Azərbaycan
tarixinin qaranlıq səhifələrinə işıq saçan tarixçi olmaqda görür. Ziya
Bünyadovu Azərbaycan tarixini araşdıran güclü mütəxəssis adlandırır və ideal
hesab edir.
Mayisə tarixin yaddaşında yaşamaq üçün yüksək səviyyəli
fəaliyyət göstərməyin vacib olduğunu deyir. Uğur olsun!
Комментариев нет:
Отправить комментарий