1983-cü
ildə martın 24-də Bakı şəhərində anadan olan Cəfər Əsədovun adını nənəsi Mehparə
xanım qoyub.
Məhz
bu adı qoymasının səbəbi isə nəvəsini mərhum həyat yoldaşı kimi savadlı, ağıllı
görmək idi.
Cəfər körpəlikdə sakit, üzüyola uşaq olub.
Oyuncaq avtomobil kolleksiyası yığmağa və intellektual oyunlara böyük maraq
göstərirdi. Məktəbə gedənə kimi yazıb-oxumağı, hesabı və şeir parçaları öyrənmişdi.
İbtidai təhsilini 1990-cı ildə N. Nərimanov
rayonundakı 178 saylı orta məktəbdə alan Cəfər bütün fənləri eyni maraqla və həvəslə
sevib. 1999-cu ildə Nərimanov rayonu üzrə “İlin ən yaxşı şagirdi” adına
layiq görülüb.
2000-ci ildə məktəbi əla qiymətlərlə
başa vuran Cəfər 637 balla Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat,
beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinə daxil olub. O, ali məktəbdə
təşkil olunan olimpiadalarda və elmi konfranslarda da fəal iştirak etmiş, həmçinin
təhsil aldığı fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
2006-cı ildə həmin fakültəni
magistr pilləsi üzrə fərqlənmə diplomu ilə başa vuran Cəfər elə həmin ildə
müsabiqə yolu ilə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunun aspiranturasına daxil olmuşdur. Təhsildən əlavə üzgüçülüklə də məşğul
olur.
İqtisad elmləri namizədi, dosent
Mətləb Mehrəliyev Cəfərin gələcəyin sayılıb-seçilən alimlərindən, elm xadimlərindən
biri olması üçün kifayət qədər elmi potensialının, təfəkkürünün olduğunu söyləyir
və onun gələcəkdə alim, mütəfəkkir kimi tanınıb seviləcəyinə böyük ümid bəsləyir.
178 saylı məktəbin direktoru
Yusif Məmmədov Cəfərin gələcəkdə adlı-sanlı alim, tanınmış mütəxəssis, qeyrətli
vətəndaş olacağına inanır
və ona karyerasında nailiyyətlər diləyir.
Asudə vaxtlarını maraqlı və səmərəli
keçirməyi xoşlayan Cəfər bədii kitablar oxumaqdan və üzgüçülüklə məşğul
olmaqdan böyük zövq alır.
Xoşbəxtliyi müəllimlərinin və
valideynlərinin etimadını doğrultmaqda görən Cəfər, dünya şöhrətli mütəxəssis olmağı ən
böyük xoşbəxtlik hesab edir.
Hər bir kəs kimi Cəfər də tarixin yaddaşında güclü mütəxəssis kimi
qalmağı düşünür. Bunun üçün o, savadı və dünyagörüşü ilə yüksək nailiyyətlər
qazanacağına əmindir.
Комментариев нет:
Отправить комментарий